Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Obama müsahibədə dediklərinə izahat yazdı: "Yadplanetlilər 51-ci zonada gizlənmir"
ABŞ-nin keçmiş prezidenti Barak Obama hesab edir ki, yadplanetli sivilizasiyaların planetimizi ziyarət etmə ehtimalı olduqca azdır.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "Instagram" hesabında paylaşım edib.
Obamanın Yer kürəsindən kənar həyatla bağlı açıqlamaları internetdə geniş müzakirələrə səbəb olub.
"Mən buna qısa viktorina ruhunda cavab vermək istəmişdim, amma maraq bu qədər böyük olduğu üçün bir az izah edim", - deyə Obama amerikalı podkastçı Brayan Tayler Koenlə söhbətinin videoçarxının altında şərh yazıb.
Onun fikrincə, statistik baxımdan kainat o qədər genişdir ki, Yer kürəsindən kənarda həyatın mövcud olma ehtimalı kifayət qədər yüksəkdir. Lakin ulduz sistemləri arasındakı nəhəng məsafələr yadplanetlilərin Yerə səfər etməsini praktik olaraq mümkünsüz edir.
Obama həmçinin vurğulayıb ki, prezidentliyi dövründə yerüstü olmayan varlıqlarla insanların təmasına dair heç bir dəlil görməyib. Bununla yanaşı, keçmiş prezident kainatda həyatın mövcud ola biləcəyini istisna etmədiyini qeyd edib, baxmayaraq ki, belə varlıqları şəxsən görmədiyini bildirib.
"Yadplanetlilər 51-ci zonada gizlənmir, onların Yerə ziyarəti mümkün deyil", - deyə o fikrini tamamlayıb.























































