Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Dövlətə sədaqətin və sahibkarlıq nümunəsinin ünvanı – “Mayak Cargo Transportation” şirkətinin rəhbəri Saleh Ağayev
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? - VİDEO
Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın dünyasını dəyişib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, fevralın 10-da "Medi Hall" tibb müəssisəsində bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın qəfil halı pisləşib. Ona tibbi müdaxilə göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Müəyyən edilib ki, "Medi Hall" hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər "MedAura" klinikasında fəaliyyət göstərib və həmin dövrdə pasiyentlərin çoxsaylı şikayətləri ilə üzləşib.
Klinika direktoru isə Baku TV-yə qadının ölümünün tibb müəssisəsi ilə əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, pasiyent əməliyyatdan bir neçə gün sonra evə buraxılıb və evində dünyasını dəyişib. Ölümün səbəbi kimi ürək problemi və tromboemboliya ehtimalı göstərilir.
Klinika rəhbərliyi qeyd edib ki, əməliyyatdan əvvəl pasiyent müayinədən keçirilib və hər hansı ciddi problem aşkarlanmayıb. Bildirilib ki, tromb yaranması halları müxtəlif səbəblərdən baş verə bilər və bu cür risklər istənilən şəxsdə mümkündür.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Medi Hall" tibb müəssisəsi ilə bağlı səlahiyyətlərinə aid olan bütün məsələlər ciddi şəkildə araşdırılır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, istintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır və bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər.
Baş vermiş ölüm hadisəsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall" hospitalda əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın üç gün sonra dünyasını dəyişməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra müvafiq qərar qəbul ediləcək.






















































