Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Öncə Ukraynada atəşkəs, sonra Cənubi Qafqazda sülh? (ŞƏRH)
"Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi Ukrayna müharibəsinin bitməsindən asılıdır".
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin hansı müddətdə imzalana biləcəyi perspektivindən danışarkən səsləndirib.
Müsahibimiz qeyd edib ki, əvvəllər sülh müqaviləsinin Ermənistanda keçiriləcək seçkilərə qədər imzalana biləcəyini düşünürdü:
"Çünki bu vəziyyət seçkilərdə Nikol Paşinyana müəyyən əlavə üstünlüklər verə bilərdi. Digər tərəfdən, Rusiya-Ukrayna cəbhəsində bu ilin əvvəlində atəşkəsin əldə olunacağı gözlənilirdi. Lakin bu baş vermədi. İndi isə bildirilir ki, həmin istiqamətdə atəşkəs mart–may aylarında mümkün ola bilər".

Ekspert hesab edir ki, bu ssenari reallaşarsa, yekun sənəd Moskvada imzalana bilər:
"2022-ci ildə Praqada, Parisin dəstəyi ilə tərəflər bəyan etdilər ki, 1991-ci il Alma-Ata Bəyannaməsini tanıyırlar. Sülh müqaviləsinin paraflanması isə ötən ilin avqustun 8-də ATƏT-in artıq tarixə qovuşmuş Minsk qrupu həmsədrlərindən biri olan ABŞ-da baş verdi. Minsk qrupunun digər həmsədri Rusiya idi. Amma Ukraynada atəşkəs elan olunmayana qədər Rusiya bu prosesdə aktiv rol ala bilməz. Ona görə də, əgər may ayında həmin cəbhədə atəşkəs əldə olunsa, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin tezliklə imzalanması mümkündür. Ssenari belədir: əvvəlcə Ukraynada atəşkəs, ardınca isə Cənubi Qafqazın iki ölkəsi arasında sazişin imzalanması".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində Ermənistanla sülh sazişinin Paşinyanın istədiyi kimi seçkidən əvvəl - Konstitusiyaya dəyişiklik edilmədən imzalanması perspektivinə aydınlıq gətirib. Prezident bildirib ki, Ermənistan Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir:
"O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi bir o qədər tez imzalanacaq".
Rəsmi İrəvan isə Konstitusiyaya dəyişikliklə bağlı referendumu iyun seçkilərindən sonra keçirməyi planlaşdırdığını bildirir və iddia edir ki, bu dəyişiklik olmadan da sülh sazişinin imzalanmasında problem yoxdur.
Eyni zamanda, ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfərləri fonunda da proqnozlar səsləndirilirdi ki, yekun saziş seçkilərdən əvvəl imzalana bilər.
Rüfət Sultan























































