Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
ABŞ daha bir aviadaşıyıcını Yaxın Şərqə göndərir
ABŞ-nin “Gerald R. Ford” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Karib dənizindən Yaxın Şərqə göndəriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Artıq gəmi ekipajının Fars körfəzində “Abraham Lincoln” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupuna qoşulacaqları barədə məlumatlandırıldığı bildirilir.
Qeyd edək ki, “Gerald R. Ford” ötən ilin iyun ayında Norfolk limanını (Virciniya ştatı) tərk edib və oktyabr ayında Karib dənizinə göndərilib.
Onu da xatırladaq ki, aviadaşıyıcı yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Venesuelanın paytaxtı Karakasda həyata keçirdiyi əməliyyatda iştirak edib. Əməliyyat nəticəsində Venesuelanın lideri Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjisi ilə işləyən “Abraham Linkoln” təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilmişdi. ABŞ Prezidenti Donald Tramp da İranın yaxınlığında böyük armadanın olduğunu təsdiqləmişdi.























































