Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar
İsveçrə hökuməti ölkə əhalisinin sayının məhdudlaşdırılması ilə bağlı təşəbbüsü ümumxalq səsverməsinə çıxarır.
“Qafqazinfo” xəbər verir ki, 14 iyunda keçirilməsi planlaşdırılan referendumda əhalinin 2050-ci ilə qədər 10 milyonu keçməsinin qarşısını almağa yönəlmiş hüquqi mexanizmlər səsə qoyulacaq.
İsveçrə qanunvericiliyinə əsasən, 100 min imza toplayan vətəndaş təşəbbüsləri məcburi şəkildə referenduma çıxarılır. Əhali limitini dəstəkləyən sağçı İsveçrə Xalq Partiyası (SVP) hesab edir ki, sürətli artım infrastruktur üzərində təzyiq yaradır, kirayə qiymətlərini yüksəldir və ölkənin milli kimliyinə təsir göstərir.
Hazırda İsveçrənin əhalisi təxminən 9,1 milyon nəfərdir. Təşəbbüs qəbul olunacağı təqdirdə, əhali sayı 9,5 milyona çatdıqdan sonra hökumət sığınacaq, ailələrin birləşdirilməsi və daimi yaşayış icazələri ilə bağlı daha sərt məhdudiyyətlər tətbiq etməli olacaq. Həmçinin, İsveçrə ilə Avropa İttifaqı arasında sərbəst hərəkəti nəzərdə tutan razılaşmaya yenidən baxılması gündəmə gələ bilər.
Dekabr ayında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 48 faizi əhali məhdudiyyətini dəstəkləyir, 41 faizi isə əleyhinədir. Hökumət və parlament təşəbbüsə qarşı çıxsa da, tələb olunan imza sayı toplandığı üçün referendum prosesi avtomatik şəkildə başladılıb.
İsveçrə Federal Şurası xəbərdarlıq edib ki, belə bir qərar ölkə ilə Avropa İttifaqı arasında mühüm iqtisadi əməkdaşlığa mənfi təsir göstərə bilər. Qlobal şirkətlər də təşəbbüsə qarşı çıxaraq bildirirlər ki, məhdudiyyətlər xarici mütəxəssislərə çıxışı çətinləşdirə, innovasiyanı zəiflədə və vergi daxilolmalarını azalda bilər.
Qeyd edək ki, İsveçrə əhalisinin 27 faizi əcnəbilərdən ibarətdir. 15 yaşdan yuxarı sakinlərin təxminən 40 faizi isə immiqrant mənşəlidir və onların əksəriyyəti digər Avropa ölkələrindən gələnlərdir.























































