Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
12 NOYABR – KONSTİTUSİYA GÜNÜ: MÜSTƏQİL AZƏRBAYCANIN HÜQUQİ TƏMƏLİ, DÖVLƏTÇİLİK İRADƏSİ VƏ MİLLİ SUVERENLİYİNİN TƏNTƏNƏSİ
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Estetik sahədə nəzarətsizlik: Qanunsuz tibbi müdaxilələr və cavabsız qalan suallar
Heqiqixeber.az-a daxil olan məlumatlar əsasında apardığımız araşdırma estetik xidmətlər sahəsində mümkün qanun pozuntuları ilə bağlı ciddi iddiaları üzə çıxarıb. Araşdırma çərçivəsində bəzi şəxslərin ali tibbi təhsili və müvafiq ixtisas sertifikatı olmadan cərrahi xarakterli prosedurlar həyata keçirdiyi iddia olunur.
Məlumatlara görə, estetik müdaxilə kimi təqdim edilən bəzi prosedurlar — o cümlədən üz nahiyəsində aparılan dartılma və toxuma müdaxilələri — Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cərrahi əməliyyat sayılır. Belə prosedurlar yalnız ali tibbi təhsili, ixtisas üzrə sertifikasiyası və rəsmi icazəsi olan həkimlər tərəfindən icra oluna bilər.
Mütəxəssislər bildirirlər ki, bu tip müdaxilələr:
-
anesteziya tətbiqini,
-
toxuma kəsilməsini,
-
infeksiya və ağırlaşma risklərini
özündə ehtiva edir. Qeyri-peşəkar və ya səlahiyyətsiz şəxslər tərəfindən aparılan müdaxilələr isə pasiyentlərin sağlamlığı və həyatı üçün ciddi təhlükə yarada bilər.
Araşdırma zamanı redaksiyaya təqdim edilən materiallarda estetik sahədə fəaliyyət göstərən bəzi şəxslərin peşə statusu ilə bağlı suallar da yer alır. İddialara görə, mövzunun ictimailəşdirilməsi fonunda müəyyən “razılaşma” təklifləri də səsləndirilib. Hazırda bu materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunmağa hazır vəziyyətdədir.
Məsələ ilə bağlı adı hallanan şəxslərin və tibb müəssisəsinin mövqeyini öyrənmək üçün tərəfimizdən cəhd göstərilsə də, yazının dərc edildiyi vaxta qədər rəsmi açıqlama əldə etmək mümkün olmayıb. Qarşı tərəfin mövqeyi təqdim olunacağı təqdirdə materialda dərc ediləcək.
Estetik sahədə artan tələbat fonunda nəzarət mexanizmlərinin effektivliyi məsələsi bir daha gündəmə gəlir. Qanunsuz tibbi fəaliyyət və etik pozuntularla bağlı iddialar təsdiqini tapacağı halda, bu, təkcə fərdi məsuliyyət deyil, həm də sistemli nəzarət boşluğunun göstəricisi kimi qiymətləndirilə bilər.
İctimaiyyəti narahat edən əsas sual isə açıq qalır: əgər belə iddialar mövcuddursa və konkret materiallar təqdim edilirsə, aidiyyəti qurumlar bu məsələyə niyə operativ hüquqi qiymət vermir və hansı səbəbdən indiyədək ölçü götürülməyib?
Araşdırmamız davam edir.























































