Xəbər Lenti
Dünən, 16:53
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
29-09-2026, 18:40
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
29-09-2026, 18:13
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
28-09-2026, 13:31
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
28-09-2026, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Bu prosedurları həkim olmayan şəxs edə bilməz! - Professordan xəbərdarlıq
Məlum olduğu kimi, artıq gözəllik salonlarına da qadağalar gəlir.
Analitik Ekspertiza Mərkəzi məlumat yayaraq bildirib ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir.
Bəs, gözəllik salonlarında tibbi kosmetologiya prosedurlarının həyata keçirilməsinin hansı riskləri var?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a danışıb:
"Gözəllik salonlarında tibbi prosedurlar aparıla bilməz. Bu, birmənalı olaraq belədir. Dünyanın heç bir yerində gözəllik salonlarında tibbi prosedurlar həyata keçirilmir. Tibbi prosedurların aparıldığı məkanda müvafiq avadanlıqlar olmalıdır. Sterillik təmin edilməlidir. Aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Orada mütləq sterillik üçün xüsusi avadanlıq – autoklav olmalıdır.
Bundan əlavə, hər hansı bir prosedur zamanı baş verə biləcək fövqəladə halların, məsələn, anafilaktik şokun qarşısını almaq üçün lazımi tibbi ləvazimat və dərmanlar mövcud olmalıdır. Yəni tibbi prosedurlara barmaqarası yanaşmaq olmaz. Əks halda kiminsə çantasında bir iynə gəzdirib üzə vurması kimi hallarla qarşılaşarıq.
Məsələn, mezoterapiya dediyimiz prosedurda istifadə olunan maddələr hialuron turşusu əsaslıdır. Bu maddələr üz dərisinin revitalizasiyası, yenilənməsi, nəmləndirilməsi, detoksikasiya edilməsi və maddələr mübadiləsinin yaxşılaşdırılması məqsədilə seçilir. Lakin bu zaman xəstənin anamnezi, allergiyası və digər tibbi göstəriciləri mütləq yoxlanılmalıdır. Bu isə yalnız həkimin işidir. Ona görə də dünyanın hər yerində üzə iynə vurmaq hüququ ancaq və ancaq tibbi təhsili olan həkimlərə məxsusdur.
Nəinki gözəllik salonlarında kosmetoloji prosedurlar tətbiq edilə bilməz, hətta kosmetoloji prosedurlarla məşğul olan şəxslərin dövlət tərəfindən verilmiş lisenziyası və müvafiq ixtisas üzrə baza rezidentura təhsili olmalıdır. Bu təhsil yalnız ali tibb məktəblərində verilir.
Əgər şəxs bu tələblərə cavab vermirsə, onun kosmetoloji prosedurlarla məşğul olmaq hüququ qətiyyən olmamalıdır".






















































