Xəbər Lenti
Bugün, 17:23
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Bugün, 11:42
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Bugün, 09:12
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
Bugün, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bugün, 08:55
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Dünən, 21:08
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Dünən, 20:28
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
Dünən, 20:28
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Dünən, 20:27
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Dünən, 20:27
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Dünən, 20:27
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Dünən, 11:20
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
10-12-2025, 18:05
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
Əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal cəzalandırdı
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülərə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Oxu.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, AEM əməkdaşları cərrahların əməliyyat zamanı sosial şəbəkə platformalarında canlı yayım açması ilə bağlı əhalinin həyat və sağlamlığına mühüm təhlükə yaranması faktına əsaslanan rəsmi müraciət daxil olduqda məsələni ətraflı araşdırır və qanunvericiliyin pozulması halları müəyyən edildikdə plandankənar yoxlama keçirilir:
"Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalara riayət olunması şərtdir. Bu zaman tələbləri pozan şəxslər barəsində qanunvericiliklə müəyyən olunan qaydada inzibati xəta məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunur və cərimə nəzərdə tutulmaqla, aidiyyəti üzrə növbəti icraata göndərilir.
Son zamanlar mediada və sosial şəbəkələrdə yayılan faktlara gəldikdə, həmin faktlarla bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılıb və nəticə olaraq xəbərdarlıqlar və cərimələr tətbiq edilib".
Məlumatda bildirilib ki, "ATM XƏTAİ" MMC-yə məxsus "Azər-Türk Med" klinikasında baş verən faktla əlaqədar AEM tərəfindən plandankənar yoxlama keçirilib:
"Bu zaman çəkilişdə iştirak edən tibb personalından, eləcə də müəssisənin rəhbərindən müvafiq izahatlar alınıb. Aidiyyəti üzrə çəkilişdə iştirak edən tibbi personaldan üç nəfərə klinikanın rəhbərliyi tərəfindən töhmət verilib, rəhbərliyin özünə isə ciddi xəbərdarlıq olunub. Müəssisəyə baxış zamanı bir sıra digər nöqsanlar da aşkarlanaraq, aktlaşdırılıb".
Həmçinin qeyd edilib ki, AEM tərəfindən həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli, "Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" 137 nömrəli əmr barədə məlumatlandırılıb:
"Həmin əmrin VI bəndində qeyd edilir ki, tibbi xarakterli nəşrlər, həkimlərin elmi forumu və cəmiyyətlərdə çıxışları, media ilə maarifləndirci fəaliyyəti etik normalara uyğun olmalı, obyektiv elmi-praktik məlumatla məhdudlaşmalı və qeyri-sağlam rəqabət, reklam və özünü reklam elementlərini əks etdirməməlidir. Əmrdə, həmçinin o da qeyd olunur ki, həkim digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliğatı üçün öz vəzifəsindən istifadə olunmasına yol verməməlidir".
"Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir", - deyə məlumatda bildirilib.























































