Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Dövlət Təhlükəsizliyi əməkdaşları Azərbaycan sabitliyinin və suverenliyinin əsas dayağıdır
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov mövqeyi.
Dövlət yalnız qanunlarla və institutlarla deyil, onu qoruyan güclə yaşayır. Hər bir müstəqil ölkənin ayaqda qalmasını təmin edən əsas amil təhlükəsizlikdir. Azərbaycan Respublikasında bu təhlükəsizliyin təminatçıları Dövlət Təhlükəsizliyi əməkdaşlarıdır. Onlar Azərbaycanın möhkəmliyinin, sabitliyinin və gələcəyinin təminatçılarıdır.
Dövlət Təhlükəsizliyi əməkdaşları Azərbaycanın onurğa sütunudur. Necə ki, onurğa sütunu insan bədənini ayaqda saxlayır, eləcə də təhlükəsizlik sistemi dövlət mexanizmini ayaqda saxlayır. Əgər təhlükəsizlik zəifləsə, dövlət strukturları da zəifləyər. Lakin bu gün Azərbaycan dövləti qətiyyətli və güclüdürsə, bu, təhlükəsizlik əməkdaşlarının peşəkar və fədakar fəaliyyətinin nəticəsidir.
Onların xidməti səssizdir, lakin təsiri böyükdür. Onlar təhlükəni baş vermədən görən, dövlətçiliyə qarşı yönələn cəhdlərin qarşısını alan, milli maraqları qoruyan yüksək hazırlıqlı peşəkarlardır. Onların hər addımı məsuliyyət, hər qərarı isə dövlət taleyi deməkdir.
Azərbaycan mürəkkəb və həssas geosiyasi məkanda yerləşir. Belə bir şəraitdə təhlükəsizlik sistemi yalnız güclü deyil, həm də çevik, intellektual və strateji düşüncəyə malik olmalıdır. Dövlət Təhlükəsizliyi əməkdaşları məhz bu keyfiyyətləri ilə seçilirlər.
Bu gün ölkəmizdə sabitlik varsa, vətəndaş özünü təhlükəsiz hiss edirsə, dövlətçilik prinsipləri qorunursa – bunun arxasında məhz onların görünməyən zəhməti dayanır. Onlar kölgədə qalırlar, amma dövlətin dayağıdırlar.
Beynəlxalq hüquq eksperti olaraq vurğulayıram ki, güclü təhlükəsizlik sistemi olmayan dövlət uzunömürlü ola bilməz. Azərbaycan güclüdür, çünki onun təhlükəsizlik sistemi güclüdür. Azərbaycan möhkəmdir, çünki onun onurğa sütunu möhkəmdir.
Dövlət Təhlükəsizliyi əməkdaşları Azərbaycan Respublikasının sabitliyinin, suverenliyinin və dövlətçilik iradəsinin əsas dayağıdır. Onlar Azərbaycan dövlətinin onurğa sütunudur – sarsılmaz, əyilməz və qətiyyətlidir.
ARHD.AZ İnformasiya Agentliyinin baş redaktoru
Nuranə Axundova





















































