Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Qida rasionunu dəyişmədən arıqlamağın yeni mexanizmi tapılıb
Vaşinqton Universiteti Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, beyindən ötürülən xüsusi siqnallar leptin hormonu vasitəsilə orqanizmi ən əlçatmaz nahiyələrdə, xüsusən də sümük iliyində toplanmış piy ehtiyatlarını yandırmağa məcbur edə bilər. Maraqlısı budur ki, bu proses qida qəbulu dəyişmədən belə baş verir.
Oxu.Az xəbər verir ki, bununla bağlı elmi işin nəticələri "Nature Metabolism" nəşrində işıq üzü görüb.
Alimlər diqqəti sümük iliyinin dərin qatlarında yerləşən xüsusi piy hüceyrələrinə yönəldiblər. Yetkin insanların sümük iliyinin təxminən 70%-i pəhriz və idmana demək olar ki, reaksiya verməyən piylərlə zəngindir. "Stabil" hesab olunan bu hüceyrələr piyin əriməsinə mane olan xüsusi zülallar ifraz edir və bu səbəbdən bədənin digər hissələrindəki piylər kimi asanlıqla parçalanmır.
Siçanlar üzərində aparılan sınaqlarda leptinin uzun müddət birbaşa beyinə daxil edilməsi metabolizmin tənzimlənməsində əhəmiyyətli dəyişikliklər yaradıb. Heyvanlarda insulin və qlükoza səviyyəsi aşağı düşüb, lipolizi (piyin parçalanma prosesini) tormozlayan zülalların fəaliyyəti zəifləyib və bir neçə gün ərzində piy kütləsinin demək olar ki, tamamilə yoxa çıxması müşahidə olunub, eyni zamanda, qəbul olunan qidanın miqdarı dəyişməyib.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu mexanizm olduqca güclüdür və ondan ehtiyatla istifadə olunmalıdır. Bu tip "stabil" piylər təkcə sümük iliyində deyil, həm də həyati vacib orqanların ətrafında yerləşir. Ağır xəstəliklər zamanı bu piyin kəskin itirilməsi sümüklərin kövrəkləşməsinə və ümumi sağlamlığın pisləşməsinə səbəb ola bilər.
Alimlərin qənaətinə görə, bu mexanizmin öyrənilməsi kakeksiyadan - xroniki xəstəliklər fonunda kəskin arıqlamadan əziyyət çəkən xəstələrdə piy toxumasını qorumaq üçün yeni metodların hazırlanmasına dəstək ola bilər. Bununla yanaşı, "stabil" piy kütləsinə idarəolunan şəkildə təsir etmək gələcəkdə piylənmənin müalicəsi üçün yeni perspektivlər aça bilər.























































