Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
“Varlılar daha çox vergi versin”
Nyu-York meri Zöhran Mamdani ildə 1 milyon dollardan çox qazanan sakinlər üçün şəxsi gəlir vergisinin 2% artırılmasını və korporativ vergi dərəcəsinin yüksəldilməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu təkliflər merin seçki kampaniyasında müdafiə etdiyi iqtisadi siyasətlərin davamıdır.
Mamdaninin sözlərinə görə, şəhərin büdcə kəsiri ilkin 12 milyard dollardan 7 milyard dollara endirilib, lakin Nyu-York hələ də maliyyə çətinlikləri ilə üz-üzədir.
“İnanıram ki, ən varlı şəxslər və gəlirli korporasiyalar şəhərin xidmətlərinin davamlılığı və sakinlərin ləyaqətli həyatı üçün əlavə töhfə verməlidirlər”, – deyə Mamdani bildirib.
Merin hesablamalarına görə, təklif edilən 2% vergi artımı büdcə kəsirinin təxminən yarısını qarşılaya bilər. O, korporativ vergi dərəcəsini 7,25%-dən 11,5%-ə yüksəltməyi planlaşdırır.
Ştat Senatının təsdiqi olmadan bu təkliflər qüvvəyə minməyəcək. Demokrat qubernator Keti Hoxul isə əvvəldən vergi artımına qarşı olduğunu açıqlayıb.
“Vergi artırmadan və növbəti nəsli borcla yükləmədən gələcəyimizə investisiya qoymaq mümkündür”, - o ötən ay bildirib.
Şəhərin ilkin büdcəsi çərşənbə axşamı ictimaiyyətə təqdim ediləcək.























































