Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

11 Fevral 2026 06:24Manşet / Dünya

KİV: ABŞ İran tankerlərini ələ keçirməklə Tehrana təzyiqi artırmağı planlaşdırır

 

ABŞ Administrasiyası İran neftini daşıyan tankerləri ələ keçirməklə Tehrana təzyiqi artırmağı düşünür.

Oxu.Az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.

Bildirilib ki, Vaşinqton İslam Respublikasını nüvə proqramını məhdudlaşdıran razılaşma imzalamağın alternativi olmadığına inandırmağa çalışır.

Qeyd olunur ki, ABŞ hazırda "qara qızıl"ın qiymətlərinin artmasından ehtiyat etdiyi üçün İran nefti ilə yüklənmiş gəmiləri ələ keçirməkdə maraqlı deyil. Birləşmiş Ştatlar Tehranın qətiyyətli cavab verəcəyini nəzərə alaraq, bu addımı atmaqda tərəddüd edir.

Adı açıqlanmayan Ağ Ev rəsmisi İranla danışıqlar uğursuz olacağı təqdirdə isə Amerika liderinin sərəncamında müxtəlif variantların mövcudluğunu söyləyib.