Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
ABŞ Ticarət Palatasının vitse-prezidenti nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədini açıqlayıb
"Missiyamızın əsas məqsədi hər hansı saziş imzalamaq deyil, bazarınızı öyrənmək və onun ehtiyaclarını anlamaqdır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, missiya şirkətlərə Azərbaycan biznesinin fəaliyyəti ilə tanış olmaq, həmçinin mövcud imkanlar və hökumətin planları barədə məlumat almaq imkanı yaratmaq məqsədi daşıyır.
"Qarşılıqlı fəaliyyət ikitərəfli olmalıdır. Məsələn, biz Azərbaycan Prezidenti İlham Əliyevi və nazirləri Vaşinqton və ya Nyu-Yorka səfərləri zamanı ABŞ şirkətlərinin nümayəndələri ilə görüşmək üçün qəbul etməyə şad olarıq. Tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə vermək məqsədilə ABŞ-nin müxtəlif regionlarında Azərbaycan hökumətinin və özəl sektorunun nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil etmək niyyətindəyik", - deyə K.Çoksi qeyd edib.























































