Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Britaniyada lamalar oğurluğun qarşısını aldı
Böyük Britaniyanın Derbişir qraflığında yerləşən fermada lama sürüsü oğurluq cəhdinin qarşısını alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Hadisə Cənubi Normanton kəndindəki fermada baş verib. Hava qaraldıqdan sonra ev sahibləri lamalarının qışqırıqlarını eşidiblər. Səs-küyə çıxan fermerlər heyvanların əhatəsində dayanan bir kişini görüblər.
"Bizim səkkiz lamamız var və onlar qaranlıqda heç kimin şəxsi məkanlarında görmək istəmirlər. Lamalar sözün əsl mənasında kişini əhatəyə alıb gülüşü xatırladan səslər çıxarmağa başlayıblar", - deyə ferma sahiblərindən biri bildirib.
Məlum olub ki, kişi bir neçə qutu tütün oğurlamağa çalışıb.
Qeyd edək ki, lamalar mühafizəçilik xüsusiyyətləri ilə tanınır və tez-tez mal-qaranı oğrulardan və vəhşi heyvanlardan qoruyurlar.























































