İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Sumqayıt İcra Hakimiyyətinin daha 2 vəzifəli şəxsi işini itirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 əməkdaşı vəzifəsindən azad olunub.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib. Nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.
Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub. Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.
Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.
Xatırladaq ki, bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun da vəzifəsi dəyişib. Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı baş məsləhətçi vəzifəsini itirib. O, qurumda yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin edilib.























































