Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqladı
ABŞ Silahlı Qüvvələri üçün prioritet Çini cilovlamaq və Avropanı deyil, ABŞ-ni müdafiə etmək olacaq.
Oxu.Az xəbər verir ki, bu məqam ABŞ-nin Hərb Nazirliyinin (Pentaqon) açıqladığı yeni müdafiə strategiyasında nəzərdə tutulub.
Orada deyilir ki, Avropa hələ də mühüm rol oynayır, lakin onun qlobal iqtisadi gücü azalır.
"Buradan belə çıxır ki, biz Avropanın işlərində iştiraka davam etsək də, ABŞ-ni müdafiə etməyə və Çini cilovlamağa üstünlük verməliyik və verəcəyik", - sənəddə deyilir.
Bu strategiyada Rusiyadan fərqli olaraq, Çin təhdid kimi göstərilmir. Pentaqon Çini ABŞ-dən sonra ikinci ən güclü ölkə adlandırır və Pekinin artan təsirini qeyd edir.
Yeni strategiyadakı digər məqamlar aşağıdakılardır:
- Qrenlandiya kimi strateji əraziyə girişi ABŞ ordusu təmin edilməlidir;
- Ukrayna münaqişəsinə son qoyulması qeyd olunur, lakin onun həlli üçün, əsasən, Avropa məsuliyyət daşıyır;
- NATO-dakı müttəfiqlərin "gizli hərbi potensial" baxımından Rusiyadan üstün olduğu bildirilir;
- strategiya Rusiyanın nüvə arsenalını dünyada ən böyük arsenal kimi tanıyır;
- ABŞ nüvə qüvvələrini modernləşdirməyə və uyğunlaşdırmağa davam edəcək, əsas diqqət eskalasiyalardan çəkindirmə və onların idarəolunmasına yönəldəcək;
- hesab olunur ki, İran danışıqlardan imtina etməyə cəhd göstərə və nüvə silahı əldə etməyə davam edə bilər;
- Koreya Xalq Demokratik Respublikasının nüvə qüvvələri Vaşinqton üçün birbaşa təhdid kimi təsvir olunur.
Eyni zamanda, Pentaqon yeni müdafiə strategiyasının "təcrid strategiyası olmadığına" zəmanət verir.























































