Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Vaşinqtonun strateji gedişi: ABŞ Ukraynaya əlavə silahlar göndərir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) administrasiyanın Ukraynaya əlavə müdafiə xarakterli silahlar göndərmək planlarını təsdiqləyib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə katibinin köməkçisi Şon Parnell bildirib.
"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi ukraynalılara müdafiə olunmaq imkanı vermək məqsədilə əlavə silahlar göndərir. Biz eyni zamanda dayanıqlı sülhə nail olmaq və qırğınları dayandırmaq üçün çalışırıq", - deyə o bəyan edib.
Parnell əlavə edib ki, Pentaqon qlobal hərbi tədarük zəncirini təhlil etməklə bağlı əvvəlki planlarına sadiq qalır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynaya bir qədər də silah göndəriləcəyini açıqlamışdı.























































