Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “20 Yanvar – Qanla yazılmış şərəf və qürur salnaməsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Cəsarət və iradədən doğan qəhrəmanlıq dastanı – Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun əziz xatirəsinə hörmət və ehtiramla…
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar
Hindistanda meymunçiçəyi (mpox) virusunun davam edən mutasiyası aşkarlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Hindistan alimləri ilk dəfə meymunçiçəyinin (mpox) yeni variantı üzrə dərin genetik tədqiqat apararaq virusda davam edən mutasiya prosesini və insandan insana yoluxma əlamətlərini müəyyən ediblər. Araşdırmanın nəticələri "Virology" jurnalında dərc olunub.
Son dövrlərdə mpox virusunun yeni ştamı, əvvəlcə yalnız Afrikada müşahidə edilməsinə baxmayaraq, qitə xaricində də aşkarlanıb. Xüsusilə "Clade Ib" variantı yayılma baxımından diqqət çəkir. Hindistanın Milli Virusologiya İnstitutunun (ICMR-NIV, Pune) və bir neçə digər laboratoriyanın apardığı araşdırmaya əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Keralada mpox virusunun 10 "Clade Ib" halı qeydə alınıb. Bu fakt virusun regional və qlobal səviyyədə nəzarət və monitorinqinin vacibliyini bir daha göstərir.
Alimlərin əldə etdiyi nəticələr virusun aktiv təkamül mərhələsində olduğunu ortaya qoyub. Tədqiqatçılardan biri bildirib: "Araşdırma göstərdi ki, mpox virusu həqiqətən mutasiya edir, çünki biz davamlı insandan insana yoluxmaya işarə edən spesifik mutasiya nümunəsini aşkar etdik".
Qeyd edilib ki, 2025-ci ilin sentyabrında xəstəlik səviyyəsinin azalması fonunda mpox ilə bağlı elan edilmiş təcili vəziyyət ləğv olunub.
Mütəxəssislərin fikrincə, "Clade Ib" variantında aşkarlanan yeni mutasiya əvvəlki formalarla müqayisədə daha ifadəlidir. Bu isə virusun insan orqanizminə adaptasiya prosesinin davam etdiyini göstərir. Sözügedən mutasiya 10 yoluxma halından 6-da müşahidə olunub və hazırda onun detallı təhlili aparılır.
Xəstələrin simptomları, orqanizmdə virus yükü, immun cavabı və tam genetik məlumatlar təhlil edildikdən sonra alimlər belə qənaətə gəliblər ki, virus Hindistana tək bir yoluxma halı ilə deyil, beynəlxalq səfərlərlə əlaqəli regional yayılma çərçivəsində daxil olub. Epidemioloji analiz göstərib ki, yoluxan 10 nəfərdən 9-u yaxın vaxtlarda xaricə səfər edib. Bir halda isə yerli yoluxma qeydə alınıb: xəstə ailə üzvündən yoluxub, həmin ailə üzvü isə əvvəlcə xaricdə olub.
Meymunçiçəyi virusu əsasən Afrikanın mərkəzi və qərb bölgələrində, tropik meşələrə yaxın ərazilərdə yayılıb. İnsanlarda ilk yoluxma halı 1970-ci ildə Kongo Demokratik Respublikasında qeydə alınıb.
Mpox ilə bağlı qlobal səhiyyə üzrə fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin iyulundan 2023-cü ilin 11 mayına qədər qüvvədə olub. Yoluxma hallarının azalması səbəbindən bu rejim dayandırılsa da, 14 avqust 2024-cü ildə yenidən elan edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilin əvvəlinə qədər dünyada 34 mindən çox insan mpox virusuna yoluxub.






















































