Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 12:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 11:13

Prezident rəsmi qarşılandı

21 Yanvar 2026 05:26Manşet / Dünya

11 milyard ildən çox yaşı olan qamma-partlayış şüası qeydə alındı

 

Rusiya istehsalı olan "239Alfyorov" peyki təxminən 11.3 milyard il əvvəl baş vermiş GRB 260101A adlı qamma-partlayışı qeydə alıb.

Oxu.Az bildirir ki, bu barədə "Geoskan" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Alimlərin qiymətləndirməsinə görə, partlayış kainatın yaşı təxminən 2.5 milyard il olduğu dövrdə baş verib. Astronomlar müəyyən ediblər ki, şüa Yerə çatmaq üçün təxminən 11.3 milyard illik yol qət edib.

Tədqiqatçıların məlumatına görə, qamma-partlayışın mənbəyi iri ulduzun nüvəsinin qravitasiya kollapsı ilə əlaqədardır. Bu obyektin kütləsi Günəşin kütləsindən ondəfələrlə böyük olub.