Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

27 Aprel 2024 09:15Manşet / Dünya

Norveç Ukraynaya təxminən bir milyard kron məbləğində hərbi yardım verdi

Son aylarda Norveç Ukraynaya təxminən bir milyard Norveç kronu (təxminən 850 milyon avro) məbləğində hərbi yardım verib.
Yardıma artilleriya mərmiləri, tank əleyhinə silahlar, minaaxtaran gəmilər (dəniz minalarının axtarışı, aşkarlanması və məhv edilməsi və gəmilərin minalanmış sahələrdən keçməsi üçün xüsusi təyinatlı gəmi) və tanklara texniki xidmət avadanlığı daxildir.
Bundan əlavə, “M109” tanklarında istifadə edilən 5 min ədəd “M72” tank əleyhinə raket və artilleriya mərmisi, eləcə də ehtiyat hissələri ilə təmin edilib.
Həmçinin Norveç Ukrayna üçün sursat almaq məqsədilə Çexiya təşəbbüsünə 1,6 milyard kron (1,36 milyard avro) qədər vəsait ayırıb.
Mənbə: Oxu.az