Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Tramp şah oğlunun İranda dəstək alacağına inanmır
ABŞ Prezidenti Donald Tramp özünü İran şahının varisi kimi təqdim edən Rza Pəhləvinin ölkə daxilində dəstək qazana biləcəyinə əmin deyil.
Oxu.Az xəbər verir ki, D.Tramp "Reuters" agentliyinə müsahibədə bu barədə danışıb.
O, Pəhləvini "yaxşı insan" adlandırsa da, "şahzadənin" hakimiyyətə gələ biləcəyinə şübhə edir.
ABŞ prezidenti hökumətin etirazlar səbəbindən çökə biləcəyini deyib, lakin Trampın fikrincə, bu, baş verməsə belə, İranda maraqlı bir dövr olacaq.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib, şəhər küçələrində naməlum silahlı qruplar peyda olub.
Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib.
İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb, hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.























































