“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
“Ata canı, icra başçısı məndən rüşvət istəməyib”
Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərlərdə icra başçısının özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir.
“Qafqazinfo” xəbər verir ki, “Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev Manşet.az-a açıqlamasında bunun tamamilə yalan olduğunu bildirib.
“Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu müddətdə nə qədər icra başçısı görmüşük. Biz hər zaman dövlətə sadiq olmuşuq, dövlət tədbirlərinin bəzədilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm?”, - deyə biznesmen vurğulayıb.
Qeyd edək ki, Elxan İbrahimov Prezident İlham Əliyevin ötən il 12 noyabr Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, dekabrın 29-də isə vəzifəsindən azad olunub.
























































