Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Masallıda yaşıllığa doğru addımlar: Göyəçöl yolunda 250 sərv ağacı əkildi
Xezertv.info xəbər veriri ki, Masallı rayonunda ekoloji tarazlığın qorunması və ətraf mühitin daha sağlam şəkildə formalaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. Rayon ərazisində həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində Masallı Kommunal Təsərrüfat Birliyi (MKTB) tərəfindən Göyəçöl yolunun sol hissəsində 250 ədəd sərv ağacı əkilib. Bu təşəbbüs həm estetik baxımdan, həm də ekoloji cəhətdən ərazinin inkişafına mühüm töhfə verir.
Ağacəkmə aksiyası yolboyu ərazinin daha səliqəli, baxımlı və cəlbedici görünüş almasına xidmət edir. Sərv ağacları uzunömürlü və daimyaşıl olması ilə seçildiyindən, bu ərazi ilboyu yaşıllığını qoruyacaq və təbiətə xüsusi gözəllik qatacaq. Eyni zamanda, sərv ağacları havanın təmizlənməsində, tozun və zərərli maddələrin azalmasında mühüm rol oynayaraq ətraf mühitin sağlamlaşdırılmasına şərait yaradır.
MKTB tərəfindən görülən bu işlər Masallı rayonunda aparılan ekoloji siyasətin tərkib hissəsi olmaqla, yaşıllıq sahələrinin genişləndirilməsi və təbii mühitin qorunması məqsədini daşıyır. Belə təşəbbüslər təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlib.
Qeyd edək ki, yaşıllaşdırma tədbirləri yalnız ağacəkmə ilə məhdudlaşmır. Əkilən ağaclara mütəmadi qulluq göstərilməsi, suvarma və mühafizə işlərinin aparılması da diqqət mərkəzində saxlanılır. Bu isə yaşıllıq sahələrinin uzunömürlü olmasını təmin edir.
Məlumat üçün bildirək ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda yaşıllıq sahələrinin artırılması, ekoloji mühitin yaxşılaşdırılması və sakinlər üçün daha komfortlu yaşayış mühitinin yaradılması məqsədilə MKTB tərəfindən ardıcıl və planlı işlər görüləcək.
Fərid Faiqoğlu
AJB-nin üzvü






























































