Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Dövlətə və dövlətçiliyə sadiq fəaliyyət nümunəsi
Arhd.Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Səbayıl rayon Yeni Azərbaycan Partiyasının sədri Muxtar Nağıyev haqqında yüksək və dəyərli fikirlər səsləndirib. Bu fikirlər Muxtar Nağıyevin Azərbaycan Respublikasına, dövlətə və dövlətçiliyə sarsılmaz bağlılığının, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə ardıcıl və prinsipial dəstəyinin bariz göstəricisidir.
İsmayıl Zalov qeyd edib ki, Muxtar Nağıyev ictimai-siyasi fəaliyyətində hər zaman milli maraqları ön planda tutaraq dövlətçilik prinsiplərinə sadiq qalır. Onun rəhbərliyi ilə Səbayıl rayon Yeni Azərbaycan Partiyası təşkilatı Prezident İlham Əliyevin siyasi kursunun cəmiyyət arasında düzgün təbliğinə, dövlət siyasətinin yerli səviyyədə uğurla icrasına və vətəndaşlarla sıx dialoqun qurulmasına mühüm töhfələr verir.
Məqalədə vurğulanır ki, Muxtar Nağıyev ölkənin daxili sabitliyinin qorunması, sosial-iqtisadi inkişafın sürətləndirilməsi və Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini daim dəstəkləyir. Onun fəaliyyəti Yeni Azərbaycan Partiyasının ideoloji xəttinə uyğun olaraq dövlətlə xalq arasında birliyin möhkəmlənməsinə xidmət edir.
İsmayıl Zalovun fikrincə, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın güclü, müstəqil və nüfuzlu dövlətə çevrilməsini təmin edib. Bu siyasi kursa sadiq olan, dövlətçiliyin inkişafına öz töhfəsini verən Muxtar Nağıyev kimi ictimai-siyasi xadimlərin fəaliyyəti xüsusi qeyd və təqdirə layiqdir.
Sonda qeyd olunur ki, dövlətə sədaqət, milli maraqlara xidmət və Prezident İlham Əliyevin siyasi xəttinə dəstək Azərbaycan cəmiyyətinin davamlı inkişafının əsas sütunlarıdır. Bu yolda əzmlə çalışan Muxtar Nağıyev kimi məsuliyyətli və vətənpərvər rəhbərlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilməlidir.
Hörmətlə,
Arhd.Az saytının rəhbəri
Beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru
İsmayıl Zalov























































