Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
“Tezliklə yanınızda olacağam” - Rza Pəhləvi İrana qayıdır?
İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvi yenidən xalqa çağırış edib.
“Qafqazinfo” xəbər verir ki, Pəhləvi müraciətində İran küçələrinə çıxanların hakimiyyəti zəiflətdiyini dilə gətirib.
“Mənə etibarlı məlumatlar çatıb ki, İslam Respublikası küçələrdəki milyonlarla insanla qarşılaşmaq üçün ciddi muzdlu əsgər çatışmazlığı ilə üzləşir. İndiyə qədər bir çox təhlükəsizlik qüvvələri iş yerlərini tərk edib və ya xalqı yatırmaq üçün əmrlərə tabe olmayıb.
Xameneiyə qalan isə cinayətkar liderləri kimi İrandan kənar və İran əleyhinə olan və sizi - böyük İran millətini - öz düşmənləri hesab edən zorakı muzdluların azlığıdır. Bilin ki, onlar hərəkətlərinin nəticələri ilə üzləşəcəklər”, - o bildirib.
Vəliəhd bu gün saat 18:00-da xalqı yenidən küçələrə səsləyib:
“Hamınızdan dostlarınız və ailə üzvlərinizlə birlikdə şəhərlərin əsas küçələrinə qruplar şəklində getməyinizi xahiş edirəm; yol boyu bir-birinizdən və ya insanların izdihamından ayrılmayın. Həyatınızı təhlükəyə ata biləcək yan küçələrə çıxmayın.
Bilirsiniz ki, tək deyilsiniz. Dünyanın hər yerindəki həmvətənləriniz qürurla səsinizi ucaldırlar. Bu gün dünya sizin milli inqilabınızın yanındadır və cəsarətinizə heyranlıqla yanaşır.
Xüsusilə azad dünyanın lideri olaraq Prezident Tramp sizin təsvirolunmaz cəsarətinizi yaxından müşahidə edib və sizə kömək etməyə hazır olduğunu bəyan edib.
Küçələri tərk etməyin. Ürəyim sizinlədir. Bilirəm ki, tezliklə sizin yanınızda olacağam”.
Qeyd edək ki, İranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. Baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.





















































