Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Çıxış Yolu”nun işıqlı üzü – Nuranə Gülər doğum gününüz mübarək!
02.01.2026-cı il tarixi Azərbaycan mediası üçün xüsusi məna daşıyan günlərdən biridir. Bu əlamətdar gündə “Çıxış Yolu” verilişinin sevilən aparıcısı, peşəkar jurnalist və güclü söz sahibi Nuranə Gülər öz doğum gününü qeyd edir. Bu münasibətlə Sizi səmimi-qəlbdən təbrik edir, həyatınızın yeni yaş dövrünün uğur, sevinc və yeniliklərlə zəngin olmasını arzulayırıq.
Nuranə xanım, Siz uzun illərdir televiziya məkanında obyektiv mövqeyiniz, cəsarətli çıxışlarınız və tamaşaçıya yaxın üslubunuzla seçilirsiniz. “Çıxış Yolu” verilişi təkcə bir televiziya proqramı deyil, eyni zamanda insanların səsinə səs verən, problemlərə işıq tutan, cəmiyyət üçün həqiqi çıxış yolu axtaran bir platformadır. Bu platformanın uğurunda Sizin aparıcı kimi prinsipial mövqeyiniz, yüksək peşəkarlığınız və insanlara olan həssas münasibətiniz danılmazdır.
Siz jurnalistikanın yalnız peşə deyil, missiya olduğunu sübut edən simalardansınız. Hər bir mövzuya məsuliyyətlə yanaşmağınız, sosial ədalətin qorunmasına verdiyiniz töhfələr və vətəndaş mövqeyiniz tamaşaçıların Sizə olan etimadını daha da möhkəmləndirir. Bu etimad isə ən böyük uğurdur.
Əzizim Nuranə xanım, yeni yaşınız münasibətilə Sizə möhkəm can sağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy qarşıdakı illər Sizin üçün daha böyük zirvələr, daha parlaq nailiyyətlər gətirsin. Hər zaman işıqlı yolunuz, güclü sözünüz və dəyişməz mövqeyinizlə cəmiyyətə fayda verməyə davam edəsiniz.
Hörmətlə,
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri























































