Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
“Qəlbinin işığı ilə parlayan xanım – Gülnara Həmidovanın doğum günü münasibətilə”
Bu gün, informasiya məkanında özünəməxsus dəst-xətti ilə seçilən, sevilən və hörmət edilən bir xanımın – “Merhemet.TV” informasiya agentliyinin təsisçi və baş direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı Gülnara Həmidovanın doğum günüdür.
Bu xüsusi gündə həmkarları, dostları, oxucuları və onu tanıyan hər kəs Gülnara xanımı dərin hörmət, sevgi və minnətdarlıqla yad edir. Çünki o, peşə fəaliyyətində təkcə jurnalistikanın deyil, həm də mərhəmətin, vicdanın və vətənpərvərliyin simvoluna çevrilib.
Gülnara Həmidova informasiya sahəsində illərlə qazandığı təcrübəsi, dəqiqliyi, obyektivliyi və dürüstlüyü ilə həm peşəkar, həm də insani keyfiyyətləri bir araya gətirən xanımlardandır. Onun rəhbərlik etdiyi “Merhemet.TV” informasiya agentliyi təkcə xəbərləri çatdırmaqla kifayətlənmir, həm də cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına, şəhid ailələrinin, qazilərin, aztəminatlı insanların səsinin ictimaiyyətə çatdırılmasına xidmət edir. Məhz bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət Gülnara xanımın ürəyinin nə qədər böyük və şəfqətli olduğunu göstərir.
“Qızıl Qələm” mükafatına layiq görülməsi, onun yaradıcılıq və ictimai fəaliyyətinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Gülnara Həmidovanın yazılarında, reportajlarında və çıxışlarında Vətən sevgisi, milli ruh, humanizm və cəmiyyətə faydalı olma istəyi hər zaman ön plandadır.
Eyni zamanda, Gülnara xanım rəhbər kimi əməkdaşlarına qarşı diqqətli, qayğıkeş və insani münasibəti ilə fərqlənir. Onun rəhbərlik etdiyi kollektivdə mehribanlıq, dostluq və qarşılıqlı hörmət mühiti hökm sürür. Bu da onun peşəkarlığı ilə yanaşı, daxili mədəniyyətinin və yüksək insani keyfiyyətlərinin göstəricisidir.
Doğum günü münasibəti ilə Gülnara xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy qələmindən süzülən hər bir kəlmə cəmiyyətə işıq saçsın, hər bir işi sevgi və mərhəmət dolu qəlbinin əksi olsun.
Doğum gününüz mübarək, dəyərli Gülnara xanım!
Qoy həyatınız həmişə sevinc, uğur və xoş niyyətlərlə dolsun!
Hörmətlə,
Fərd Faiqoğlu
Şamil Cəfər
Çingiz Mahmudov





















































