İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
"Haber Global": "İlham Əliyevdən Yeni il mesajı"
Oxu.Az xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin Azərbaycanın 2025-ci ildə qazandığı diplomatik uğurlardan danışdığı bildirilib.
Azərbaycan dövlətinin başçısı son beş ildə ölkənin bütün sahələrdə necə inkişaf etməsindən danışıb. Ötən il Azərbaycanda Qarabağ Zəfərinin beşinci ildönümünün qeyd olunduğunu xatırladan ölkə başçısı avqust ayında Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanan sülhlə bağlı sənədin tarixi əhəmiyyətini də vurğulayıb.
"Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcək... Son beş il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür", - telekanal Azərbaycan rəhbərinin Yeni il videomüraciətindən sitatlar gətirib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikində İlham Əliyev xaricdə yaşayan soydaşlarımızı da unutmayıb:
"Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir".























































