Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
Bugün, 08:50

Neftimiz ucuzlaşdı

Meteor yağışı olacaq
Dünən, 08:56

Meteor yağışı olacaq

A  Z  Ə  R  B  A  Y  C  A  N
28-12-2025, 13:11

A Z Ə R B A Y C A N

XÜSUSİ TƏŞƏKKÜR
26-12-2025, 16:07

XÜSUSİ TƏŞƏKKÜR

30 Dekabr 2025 10:05Manşet / Gündəm / Siyasət

Pərvanə İmamquliyeva: “Azərbaycanın ali və sadə VƏTƏNDAŞI!”

Onun ən böyük məktəbi ailəsindən başladı...
Müasir Azərbaycan tarixinin ən parlaq səhifələri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasəti ilə yazılır. Bu siyasət yalnız ölkənin iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi ilə deyil, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, təhsil, gənclər və gələcək nəsillərin sağlam ruhda yetişdirilməsi ilə xarakterizə olunur. Məhz bu baxımdan Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyətin bütün təbəqələri tərəfindən böyük rəğbət və dəstək qazanır. Bu dəstəyi səmimi şəkildə ifadə edən ziyalı qadınlardan biri də Gəncə şəhərindəki 13 saylı körpələr evi–uşaq bağçasının müdiri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə Yeni Azərbaycan Partiyasının sədri Pərvanə İmamquliyevadır.
Pərvanə İmamquliyeva Prezident cənab İlham Əliyevi müasir, uzaqgörən, qətiyyətli və xalqına bağlı lider kimi qiymətləndirir. Onun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan təkcə regionun deyil, dünyanın diqqət mərkəzində olan güclü dövlətə çevrilib. Siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuz və hərbi güc – bütün bu amillər İlham Əliyevin strateji düşüncəsinin və dəmir iradəsinin nəticəsidir.

Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqət Pərvanə İmamquliyevanın fəaliyyətində də əsas ideya xəttini təşkil edir. O hesab edir ki, dövlət başçısının təhsili milli inkişafın əsas dayağı kimi görməsi, xüsusilə məktəbəqədər təhsilin inkişafına verdiyi önəm gələcəyimiz olan uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi üçün möhkəm zəmin yaradır. Bu baxımdan Pərvanə xanım rəhbərlik etdiyi körpələr evi–uşaq bağçasında Prezident İlham Əliyevin təhsil siyasətini rəhbər tutur, uşaqlara dövlətə, bayrağa və Vətənə sevgi hissinin aşılanmasını vacib sayır.
Pərvanə İmamquliyevanın fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət Azərbaycan vətəndaşının rifahını təmin etməyə yönəlib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, aztəminatlı ailələr üçün həyata keçirilən layihələr dövlət başçısının humanist və xalqsevər siyasətinin bariz nümunəsidir. Xüsusilə Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə göstərilən yüksək səviyyəli dövlət qayğısı Prezident İlham Əliyevin “xalqın Prezidenti” olduğunu bir daha sübut etdi.
Prezident İlham Əliyevin ən böyük tarixi xidmətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Pərvanə İmamquliyeva böyük qürur hissi ilə vurğulayır ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər yalnız hərbi qələbə deyil, milli ruhun, dövlətçilik iradəsinin və xalq–lider birliyinin təntənəsi oldu. Bu qələbə sayəsində Azərbaycan xalqı öz haqqını bərpa etdi və yeni tarixi mərhələyə qədəm qoydu.
Gəncə şəhər GDRTİ-nin MTM üzrə YAP sədri kimi Pərvanə İmamquliyeva Prezident İlham Əliyevin siyasi xəttini daim dəstəkləyir və təbliğ edir. O, Yeni Azərbaycan Partiyasını ölkənin ən güclü siyasi təşkilatı, Prezident İlham Əliyevi isə bu partiyanın əvəzolunmaz lideri kimi dəyərləndirir. Pərvanə xanım hesab edir ki, YAP-ın uğurlarının əsas səbəbi onun xalqın mənafeyinə xidmət etməsi və Prezident İlham Əliyevin liderlik keyfiyyətləridir.
Pərvanə İmamquliyeva Prezident İlham Əliyevin qadınlara və gənclərə göstərdiyi diqqəti də xüsusi qeyd edir. Qadınların cəmiyyətdə rolunun artması, onların idarəçilikdə, təhsildə və ictimai-siyasi həyatda fəal iştirakı dövlət başçısının həyata keçirdiyi müasir və demokratik siyasətin tərkib hissəsidir. Bu siyasət Pərvanə xanım kimi ziyalı qadınların cəmiyyətdə daha fəal mövqe tutmasına stimul yaradır.
Onun fikrincə, Prezident İlham Əliyevin daxili və xarici siyasəti bir-birini tamamlayır. Azərbaycan beynəlxalq arenada söz sahibi olan, müstəqil qərarlar qəbul edən güclü dövlət kimi tanınır. Enerji layihələri, nəqliyyat dəhlizləri, beynəlxalq əməkdaşlıq və regional liderlik Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Pərvanə İmamquliyeva üçün Prezident İlham Əliyev yalnız dövlət başçısı deyil, həm də xalqına güvənən, milli dəyərlərə sadiq, ədalətli və qətiyyətli liderdir. O, bu liderə olan hörmət və ehtiramını həm ictimai fəaliyyətində, həm də təhsil sahəsindəki işində daim nümayiş etdirir.
Pərvanə İmamquliyeva həm öz adından, həm də rəhbərlik etdiyi kollektivlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 24 dekabr – ad günü və “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, Azərbaycan xalqına isə birlik, həmrəylik və davamlı inkişaf arzulayır. Qoy Onun rəhbərliyi ilə Azərbaycan dövləti daim ucalara yüksəlsin, milli birliyimiz əbədi və sarsılmaz olsun!