18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə
26 dekabr 2025-ci il tarixində Cənubunsəsi Media Şirkəti ilə Günərzi Qayğı Mərkəzi arasında növbəti uğurlu sosial layihə hə yata keçirilib. Layihə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunub.
Tədbirin təşəbbüskarı və təşkilatçısı Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyev olub. Sosial layihənin əsas məqsədi Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə alan balaca körpələrə bayram sevinci yaşatmaq, onların üzündə təbəssüm yaratmaq və cəmiyyətdə sosial həmrəylik ruhunu gücləndirməkdir.
Tədbirdə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmmədəliyev, Dovlət Gömrük Komitəsinin Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərov, Günərzi Qayğı Mərkəzinin Masallı rayon təşkilatının rəhbəri Səbirə xanım Əbilova, media nümayəndələri, müəllimlər və ziyalılar iştirak ediblər.
Bayram tədbiri Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin mayoru Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərovun göstərdiyi maddi və mənəvi dəstək xüsusi vurğulanmalıdır. O, balaca körpələr üçün Yeni il hədiyyələri gətirərək onları şəxsən özü təqdim edib, uşaqlara əsl bayram sevinci yaşadıb. Qeyd edək ki, Anar Cəfərov bu kimi sosial layihələrdə mütəmadi olaraq iştirak edir, tez-tez xeyriyyə aksiyalarına qatılır və hər zaman maddi və mənəvi dəstəyini əsirgəmir. Onun bu humanist mövqeyi iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.
Eyni zamanda Mərhəmət Lələyev də Günərzi Qayğı Mərkəzinə uşaqlar üçün müxtəlif hədiyyələr təqdim edib.
Tədbirdə çıxış edən Mirzə Məmmədvəliyev, Səbirə xanım Əbilova və digər qonaqlar Anar Cəfərovun göstərdiyi davamlı maddi və mənəvi dəstəyə görə, eləcə də bu humanist layihənin təşkilinə görə Mərhəmət Lələyevə öz dərin təşəkkürlərini bildiriblər. Çıxışlarda belə sosial layihələrin uşaqların mənəvi inkişafında mühüm rol oynadığı xüsusi qeyd olunub.
Xüsusi olaraq vurğulanıb ki, tədbirin yüksək səviyyədə keçirilməsində Cənubunsəsi Media Şirkətinin xüsusi izləyiciləri və daimi dəstəkçiləri – Elşad Qasımov, Taleh Nəsirov və İqrar Səfərovun da böyük rolu olub. Onların göstərdiyi maddi və mənəvi dəstək bu sosial təşəbbüsün daha da geniş miqyas almasına imkan yaradıb.
Öz növbəsində jurnalist Mərhəmət Lələyev bildirib ki, bu cür sosial və humanist layihələr davamlı olacaq, Cənubunsəsi Media Şirkəti hər zaman uşaqlara, həssas qruplara və xeyriyyə təşəbbüslərinə dəstək verməyə hazırdır. Çıxış edənlər balaca körpələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik ediblər.
Qeyd edək ki, tədbir Şaxta baba və Qar qızının iştirakı ilə musiqili-əyləncəli şou proqramla davam edib və uşaqlar üçün unudulmaz, sevincli anlarla yadda qalıb. Sonda qeyd edək ki, Yeni il əyləncəsindən sonra balaca körpələr üçün tədbir kino klubda davam etdirilib. Uşaqlar üçün xüsusi seçilmiş maraqlı və maarifləndirici filmlər nümayiş olunub, onlar xoş və əyləncəli anlar yaşayıblar. Bu mərhələ də uşaqların sevincinə sevinc qatıb və tədbir yaddaqalan bayram ab-havası ilə yekunlaşıb.
























































