Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Öldürülən futbolçunun dəfn mərasimində qətlə yetirildi
Ekvadorda tanınmış futbolçu Mario Pineyda üçün təşkil olunan dəfn mərasimində iştirak edən 39 yaşlı Karen Qrunauer Franko mərasimdən sonra silahlı hücum nəticəsində həyatını itirib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, Karen mərasimdən sonra kilsədən avtomobillə ayrılarkən başqa bir nəqliyyat vasitəsindən açılan atəşə tuş gəlib.
Çoxsaylı güllə yarası alan qadın hadisə yerində ölüb. Avtomobili idarə edən kişi sürücü hücumdan xilas olaraq polisə müraciət edib, onun səhhətinin yaxşı olduğu bildirilir.
Polis qadının qətli ilə futbolçu Mario Pineydanın öldürülməsi arasında əlaqə olub-olmadığını araşdırır. Bildirilir ki, qadının hər hansı cinayət keçmişi olmayıb və iki azyaşlı övladı var.
Qeyd edək ki, Mario Pineyda ötən həftə Ekvadorun Quayakil şəhərində silahlı hücum nəticəsində tərəfdaşı ilə birlikdə öldürülmüşdü. O, Ekvadorun “Barcelona” klubunda çıxış etmiş və Ekvador milli komandasında forma geyinmişdi.
Hadisə ölkədə böyük narahatlıq doğurub. Hücumla bağlı istintaq davam edir, hələlik saxlanılan yoxdur.























































