Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Silahlı hücuma məruz qalan türkiyəli futbolçu ÖLDÜ
Türkiyənin Kocaeli vilayətində silahlı hücuma məruz qalan "Sultanbeyli Belediyespor" klubunun futbolçusu Uğurcan Bekçi həyatını itirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, dekabrın 17-də baş verən hadisə zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən futbolçu üç gün sonra ölüb.
Qeyd edək ki, dekabrın 17-də Ömer Türkçakal Bulvarında hələlik məlum olmayan səbəbdən iki qrup arasında mübahisə yaranıb. Daha sonra mübahisə silahlı davaya çevrilib, 27 yaşlı futbolçu Uğurcan Bekçi, həmçinin 27 yaş və 31 yaşlarında daha iki şəxs silahla vurulublar. Onlardan hər üçü yaralanıb. Atışmada Uğurcan Bekçinin ayağından yara aldığı və vəziyyətinin ağır olduğu, əməliyyata ehtiyacı olduğu bildirilib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Daha əvvəl "Kağıtspor", "Körfez Spor Kulübü", "Belediye Derincespor", "24 Erzincanspor", "Ankara Keçiörengücü" kimi komandalarda oynamış, ən son III Liqada "Sultanbəyli Belediyespor"da forma geyən 27 yaşlı cinah oyunçusu Uğurcan Bekçinin vəziyyəti ağırlaşıb. Lakin bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı iki nəfər həbs olunub.






















































