Menu
Xəbər Lenti
“Napoli” qalib oldu
Bugün, 05:27

“Napoli” qalib oldu

Sabah hava necə olacaq?
Dünən, 10:01

Sabah hava necə olacaq?

23 Dekabr 2025 08:50Manşet / Gündəm

Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Güclü dövlətin güclü lideri

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarlarından biri kimi tarixə düşmüş liderdir. Onun rəhbərliyi ilə ölkəmiz son onilliklərdə dərin və hərtərəfli inkişaf yolu keçmiş, siyasi sabitlik, iqtisadi güc və milli həmrəylik möhkəmlənmişdir. İlham Əliyevin liderlik fəlsəfəsinin əsasında dövlətə sədaqət, xalqa xidmət və milli maraqların qətiyyətlə qorunması dayanır.


Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev bu kursu yeni çağırışlara uyğunlaşdıraraq daha da zənginləşdirmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq arenada söz sahibi kimi tanınmışdır. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən qlobal layihələr – Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və digər strateji təşəbbüslər ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, Avropanın enerji xəritəsində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırmışdır.


Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti insan amilini ön plana çıxarır. Əhalinin rifah halının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, regionların balanslı inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. İnfrastruktur layihələri, müasir yollar, məktəblər, xəstəxanalar, sosial obyektlər ölkənin hər bir guşəsində həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Xüsusilə şəhid ailələrinə, qazilərə və sosial həssas təbəqələrə göstərilən diqqət və qayğı Prezidentin humanist və ədalətli idarəetmə prinsiplərinin bariz nümunəsidir.


Azərbaycanın ən şanlı tarixi səhifələrindən biri də məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövrünə təsadüf edir. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə xalqımızın milli qürurunu bərpa etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Bu Qələbə yalnız hərbi gücün deyil, siyasi iradənin, strateji düşüncənin və milli birliyin təntənəsi idi. İlham Əliyev bu müharibədə təkcə Ali Baş Komandan deyil, eyni zamanda xalqla bir olan lider kimi tarix yazdı.


Qələbədən sonra başlanılan genişmiqyaslı bərpa və quruculuq işləri Prezidentin uzaqgörənliyini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, yeni yolların, hava limanlarının, sosial obyektlərin tikintisi Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda dirçələcəyinə olan inamı artırır. Bu torpaqlara həyat qayıdır, məcburi köçkünlər doğma yurdlarına qayıtmaq sevincini yaşayırlar.


Prezident İlham Əliyevin xarici siyasəti balanslı, prinsipial və milli maraqlara söykənən siyasətdir. Azərbaycan həm regionda, həm də qlobal müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin təşəbbüsləri beynəlxalq aləmdə yüksək qiymətləndirildi, Azərbaycanın səsi daha geniş auditoriyalara çatdırıldı. Dövlət başçısının diplomatik bacarığı və qətiyyəti ölkəmizin mövqelərini daha da gücləndirdi.


Bütün bu uğurların mərkəzində isə xalqa güvənən, xalqdan güc alan lider dayanır. Prezident İlham Əliyev dəfələrlə sübut etmişdir ki, onun üçün ən ali məqsəd güclü, müstəqil və firavan Azərbaycan dövlətinin qurulmasıdır. Bu yolda atılan hər bir addım tarix qarşısında məsuliyyətlə atılır və gələcək nəsillərin rifahına xidmət edir.


Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının sevimli oğlu, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qoy Ulu Tanrı Sizi daim qorusun, rəhbərliyiniz altında Azərbaycan daha böyük zirvələr fəth etsin!


Sonda “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə bütün dünya Azərbaycanlıları ürəkdən təbrik edirəm. Həmişə bir olaq, həmrəy olaq.


 

Zərniyar Kərimova



Vətənpərvər sahibkar xanım