“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Bu mürəbbələr şəfa qaynağıdır
Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olanların həmin mürəbbələrdən az istifadə etməsi məsləhət görülür.
“Qafqazinfo” həmin mürəbbələrin faydalı xüsusiyyətləri haqqında məlumatı təqdim edir:
Moruq mürəbbəsi ürək-damar xəstəliklərinin qarşısını alan S vitamini baxımından zəngindir. Araşdırmalar göstərir ki, gündəlik S vitaminin qəbulu infarkt və insult kimi ürək-damar problemləri riskini azaldır. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrob əleyhinə təsiredici gücə malikdir, iltihabı azaltmağa kömək edir və hərarəti salır.
Heyva mürəbbəsini həkimlər xüsusilə vərəm xəstələri üçün tövsiyə edir. Həmin mürəbbə ürək-damar sistemi və qalxanvari vəz üçün də faydalıdır. Norveçli alimlərin apardıqları araşdırmalar göstərir ki, xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi bədxassəli şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Heyva təbii antibiotikdir, qanı təmizləyir, xəstəliklərdən sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyir və həzm sistemini yaxşılaşdırır.
Soyuqdəymənin qarşısını alan vasitələr sırasında ağla ilk növbədə zoğal mürəbbəsi gəlir. S vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı, damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, böyrək daşı xəstəlikləri zamanı kömək edir. Bundan başqa sidik yolları iltihabı zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihab əleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə, zoğal iltihab, bakteriya və virus əleyhinə təsiredici gücə malikdir. Ona görə də mürəbbələrin şəfaverici xüsusiyyətlərini nəzərə alıb onlardan mütəmadi istifadə etmək tövsiyə olunur.























































