Dövlətə sədaqət və bznesdə nümunə: “Kia Motors”un rəhbəri, vətənpərvər İş Adamı Səxavət Səfərov
Təhlükəsizliyin keşiyində fədakar xidmət: Fövqəladə Hallar Nazirliyinin şərəfli missiyası
Konstitusiya İli və humanist dövlətçilik: Prezident İlham Əliyevin hüquqi islahatlara verdiyi tarixi dəyər
YARAŞIQLI GÖYÇAYIM
Uzun illər Bakıda yaşasam da, doğma Göyçayım həmişə mənim diqqət mərkəzimdə olubdur. Məsafədən asılı olmayaraq bu gözəl məkanı daim xatırlayır və onun bütün uğurları ilə çox sevinirəm. Sevindirici hallardan biri də, Göyçayda yaşayan, idealı zəhmət olan fədakar insanların səyi nəticəsində bizim diyarımızın abadlaşdırılmasıdır. Təmizliyə riayət olunmasına daim nəzarət edən Göyçay şəhər İcra Hakimiyyəti yanında Təsərrüfat Birliyinin rəhbəri Murtuz Salahov və sahə rəisi Bəxtiyar Yaqubov məsuldurlar.Məhz onların səyi nəticəsində, zəhmətkeş insanlar yorulmadan çalışırlar.Əsasən də payız fəsli onların işinin ən çox qayğılı vaxtıdır. Payız axırı tökülən çinar yarpaqlarını yığışdırandan bir gün sonra həmin küçələrə yeni yarpaqlarla sanki "qızılı xalı" sərirlər.Təkrarlanan bu hallar təsərrüfat işçilərini bir an belə istirahət etməyə imkan vermir. Zəhmətkeş insanlar daim çalışırlar ki, doğma Göyçayımız səliqə-səhmanlı, təmiz və yaraşıqlı olsun.
Təəssüflər olsun ki, adi bir "sağ ol" deyib ruhlandırmaqdansa, hər hansı fəaliyyətə tənqidi gözlə baxan, adlarını yazar qoyub bəzi clzmaqaraçılıq edənlər bu cəfakeş insanları ruhdan salmağa çalışırlar. Soyuqda, yağışda bu şərəfli peşə ilə məşğul, kiçik məvacibə qane olub ailələrini halal zəhmətlə dolandırmaq istəyənlərə dırnaqarası baxanlar da tapılır. Əllərində süpürgə, selofan kisələr və başqa təmizlik alətləri ilə doğma Göyçayımızı qarış- qarış piyada gəzərək təmizləyənlərin dəyərini biz onlardan gözləmirik.
Mən bir Göyçaylı şair - jurnalist, Prezident təqaüdçüsü, 227 mahnının söz müəllifi kimi, bütün qədirbilən Göyçaylılar adından bu zəhmətkeş insanlara təzimli təşəkkür edir və onlara "Allah sizləri bədhaqq varlıqlardan qorusun deyirəm".
"Elinə, yurduna yanmayan insan,
Tutaq ki, sultandı, xandı, nə fayda,
Gənclikdə özünü xar eyləyənlər,
Qocalan vaxtında qandı, nə fayda.
Yeri ayrıcadı, dünya üzündə,
Qəlbi xainin də, qəlbi düzün də,
Hamının əksi var, elin gözündə,
Nadanlar adını dandı, nə fayda!
Abil İslam,
şair - publisist.





























































