İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Hüququn aliliyinə və vətəndaş məmnunluğuna söykənən nümunəvi dövlət idarəçiliyi: Prezident Administrasiyasına dərin təşəkkür
Arhd.az saytının rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmail Zalov tərəfindən Azərbaycan Respublikasının Prezident Administrasiyasına dərin minnətdarlıq və təşəkkür ifadə olunur.
Azərbaycan Respublikasında həyata keçirilən dövlət idarəçiliyi islahatları, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli və hüquqi dövlət prinsiplərinə sadiqlik Prezident Administrasiyasının fəaliyyətində öz bariz əksini tapır. Prezident Administrasiyası tərəfindən vətəndaşların müraciətlərinə operativ, obyektiv və yüksək peşəkarlıqla yanaşılması dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Xüsusilə qeyd olunmalıdır ki, Prezident Administrasiyasının strukturları tərəfindən təqdim olunan xidmətlərin çevikliyi, şəffaflığı, hüquqi əsaslara söykənməsi və etik normalara uyğunluğu müasir dövlət idarəçiliyinin ən yüksək standartlarına cavab verir. Vətəndaşların problemlərinin dinlənilməsi, onların müraciətlərinə həssas yanaşılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi dövlətin humanist mahiyyətini və hüquqi dövlət konsepsiyasına sadiqliyini bir daha nümayiş etdirir.
Bu gün etiraf etməliyik ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə, dövlət orqanları tərəfindən bu səviyyədə rahat, əlçatan və peşəkar xidmət mexanizmi mövcud deyil. Prezident Administrasiyasının fəaliyyəti yalnız regionda deyil, beynəlxalq miqyasda da nümunə göstərilə biləcək səviyyədədir. Burada formalaşmış idarəetmə mədəniyyəti, yüksək ixtisaslı kadr potensialı və məsuliyyətli yanaşma dövlətin gücünü və xalqına olan diqqətini açıq şəkildə ifadə edir.
Arhd.az saytının rəhbəri və hüquq üzrə fəlsəfə doktoru kimi, hüquqi sahədə uzunillik təcrübəyə əsaslanaraq əminliklə qeyd edirəm ki, Prezident Administrasiyasının fəaliyyətində hüququn aliliyi prinsipi əsas meyar kimi qəbul olunur. Bu isə vətəndaş cəmiyyətinin inkişafına, ədalətin təmin olunmasına və hüquqi sabitliyin möhkəmləndirilməsinə mühüm zəmin yaradır.
Sonda bir daha Azərbaycan Respublikasının Prezident Administrasiyasına göstərilən diqqətə, səmərəli fəaliyyətə, vətəndaşlara yönəlmiş nümunəvi xidmətə görə dərin təşəkkürümü bildirir, bu məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.






















































