Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Bu məktəblər gələn ildən distant təhsilə keçəcək
“Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
“Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir.
Bizim kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir.
Bizim elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur.
Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq”, - nazir qeyd edib.





















































