Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
Xezertv.info xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib. Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, uzaqgörən siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin yad edilməsi məqsədilə keçirilib.
Silsilə tədbirlər çərçivəsində təşkilat rəhbərləri və nümayəndələrinin, Vətən müharibəsi qazilərinin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb.
Tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində "Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi" adlı panel müzakirə təşkil edilib. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli və "Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov, panel müzakirəsində spiker qismində deputatlar Ceyhun Məmmədov və Məzahir Əfəndiyev iştirak ediblər.
Çıxış edənlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün mühüm məqamları, milli şüurun inkişafı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən islahatlardan danışıblar. Həmçinin, Heydər Əliyevin milli düşüncənin formalaşmasına, Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, ordu quruculuğuna və ölkəmizdə ilk ali hərbi məktəbinin yaradılmasına verdiyi misilsiz töhfələrdən bəhs edilib.
Bununla bərabər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Generalın planı” sənədli filmi nümayiş olunub. Filmdə yer alan tarixi hadisələr və qərarlar Ümummilli Liderin dahi siyasətini, uzaqgörən strategiyasını və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımları əyani şəkildə əks etdirir. Gənclər bu film vasitəsilə ölkəmizin inkişaf yolunda Heydər Əliyevin misilsiz xidmətlərini daha dərindən öyrənmək imkanı əldə ediblər.
“Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş film nümayişi, Heydər Əliyev və Azərbaycan dili kitabının müzakirəsi” keçirilib. Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, eyni zamanda kitabın müəllifi Sevinc Dadaşova Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, ana dilimizin inkişafına verdiyi töhfələr və onun Azərbaycan dövlətçilik tarixindəki müstəsna rolu barədə fikirlərini gənclərlə bölüşüb. Ardınca Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Film nümayişindən sonra gənclərin fəal iştirakı ilə sual-cavab formatında maraqlı müzakirələr aparılıb.
Fərid Faiq



































































