Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Azərbaycanda ilk özəl sənaye məhəlləsi təsis edildi - Fotolar
İqtisadiyyat Nazirliyi “Biznes Park Abşeron” özəl sənaye məhəlləsini dövlət qeydiyyatına alıb.
“Qafqazinfo” xəbər verir ki, Abşeron Logistika Mərkəzinin layihəsi olan “Biznes Park Abşeron” özəl sənaye məhəlləsinin yaradılma məqsədi ölkədə sənaye ekosistemini gücləndirmək, innovativ texnologiyaların tətbiqini təşviq etmək və sahibkarlara yüksək səmərəliliklə fəaliyyət göstərə biləcəkləri funksional biznes mühiti təqdim etməkdir.
Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən biznes park istehsal, emal və anbar əməliyyatlarının maksimum səmərəli və sürətlə həyata keçirilməsinə imkan verir.
“Biznes Park Abşeron” özəl sənaye məhəlləsində fəaliyyət göstərəcək sahibkarlar aşağıdakı imtiyazlardan faydalana bilərlər:
İstehsal texnologiyasını qısa zamanda hazır infrastrukturda yerləşdirmək; gömrük rejimlərindən effektiv şəkildə istifadə etmək; özəl sənaye məhəlləsində rezidentlik şəhadətnaməsi əldə etməklə, investisiya təşviqi sənədi üzrə aşağıdakı güzəştlərdən yararlanmaq:
- mənfəət vergisinin 50%-i həcmində güzəşt,
- istehsal üçün gətiriləcək avadanlıqlara görə idxal gömrük rüsumu və ƏDV-dən 100% azadolma;
Abşeron Logistika Mərkəzinin logistik xidmətlərindən faydalanmaq.
“Biznes Park Abşeron” özəl sənaye məhəlləsinin rezidenti olmaq üçün əlaqə:
+994 50 555 52 52, +994 12 404 76 00

























































