Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Baş ağrılarından əziyyət çəkirsinizsə...
Əgər tez-tez miqren ağrılarından əziyyət çəkirsinizsə, müalicə almaq mütləqdir. Lakin ən sadə üsullardan biri sağlam qidalanmaqdır.
“Qafqazinfo” miqrenlə mübarizə aparan möcüzəvi qidaları sizə təqdim edir:
Əncir iltihabı azaldan və baş ağrılarından uzaq tutmağa kömək edən potasyum tərkiblidir.
Avokado miqrenlə mübarizədə birə-birdir. Lutein və zeaksantin kimi antioksidantlar cəhətdən zəngin olan avakado şiddətli baş ağrılarını kəsir.
Somon balığı omega 3 yağ turşuları və B2 vitamini ilə zəngindir. Şiddətli baş ağrıları yaşayanlar üçün möcüzəvi qidalar arasındadır. Eyni zamanda, iltihabı azaldır və ümumi olaraq miqrenlə mübarizə aparmağa kömək olur.
Şirin kartoflar sadəcə ləzzəti ilə deyil, eyni zamanda, miqrenlə mübarizə aparmağa da faydalıdır. C vitamini cəhətdən olduqca zəngindir. B1 vitamini və potasyum tərkiblidir. Baş ağrılarından əziyyət çəkərkən şirin kartof istehlak etmək ağrını azaldır və sinir sistemini sakitləşdirir.
Çoxlu su içmək miqren ağrılarını yüngülləşdirən ən böyük amillərdən birdir. Qarpız, yerkökü, xiyar və kərəviz kimi qidaları yemək orqanizmdəki su balansını tənzimləyəcək.
Kələm omega 3 və lif tərkibli olduğundan miqrenə qarşı ən yaxşı müdafiə mexanizmini inkişaf etdirir.
Aparılan təcrübələrə əsasən qatıqda xeyli miqdarda B vitamini var və miqrenə qarşı olduqca təsirlidir. Gündəlik yeməyinizə qatıq əlavə etmək miqren ağrılarını xeyli azaldacaq.
Yüksək miqdarda C vitamini tərkibli olan limon suyunun sağlamlığa olduqca çox faydaları var. Bunlardan biri də miqren ağrılarının qarşısının alınmasıdır.























































