“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Rəvan Teymurov – Ətraf mühitin qorunmasına həsr olunmuş şərəfli missiyanın layiqli daşıyıcısı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsi sektorunun müdiri Rəvan Teymurov uzun illərdir ki, Azərbaycan təbiətinin və ekoloji təhlükəsizliyinin keşiyində dayanan, öz peşəkarlığı, yüksək təşkilatçılıq qabiliyyəti və dövlətə sədaqəti ilə seçilən nümunəvi mütəxəssislərdəndir. Onun rəhbərlik etdiyi sektor regionda ekoloji tarazlığın qorunması, təbii sərvətlərin düzgün idarə olunması, ətraf mühitə nəzarətin gücləndirilməsi və ekoloji maarifləndirmə sahəsində mühüm işlər görür. Rəvan Teymurov bu mühüm missiyanı böyük məsuliyyət, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhu ilə icra edir.
Rəvan Teymurovun fəaliyyəti təkcə idarəçilik keyfiyyətləri ilə deyil, həm də bilik, bacarıq və şəxsi təşəbbüskarlıqla zəngindir. O, ətraf mühitin qorunması sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərir, yeni yanaşmalar, müasir ekoloji prinsiplər və elmi yanaşmalar tətbiq edir. Təbii sərvətlərin qorunması, torpaq və su ehtiyatlarının monitorinqi, meşələrin mühafizəsi, biomüxtəlifliyin davamlılığı kimi sahələrdə onun rəhbərliyi ilə aparılan işlər regionun ekoloji rifahında mühüm rol oynayır. Rəvan müəllimin rəhbərlik etdiyi sektor tərəfindən həyata keçirilən tədbirlər nəticəsində təbiətə dəyən zərərin minimuma endirilməsi, ekoloji pozuntuların vaxtında aşkarlanması və aradan qaldırılması təmin olunur.
Onun ən önəmli xüsusiyyətlərindən biri də insanlara, xüsusilə də gələcək nəsillərə qarşı məsuliyyət hissidir. Rəvan Teymurov hər zaman vurğulayır ki, ekologiyanın qorunması təkcə bu günün deyil, sabahın da rifahına xidmət edən bir sahədir. Bu baxımdan o, maarifləndirmə tədbirlərinə xüsusi önəm verir. Məktəblərdə, ictimai müəssisələrdə, yerli icmalarla görüşlərdə ekoloji təbliğat aparılması, ətraf mühitə qayğı mədəniyyətinin formalaşdırılması onun rəhbərliyi ilə daha da geniş vüsət almışdır. Bu, regionda ekoloji şüurun yüksək səviyyədə formalaşmasına böyük töhfə verir.
Rəvan Teymurov dövlətçiliyə sadiqliyi, ölkəmizin inkişaf strategiyasına bağlılığı və Prezident cənab İlham Əliyevin ekologiya sahəsində apardığı uğurlu siyasətin bölgədə icrasında fəal iştirakı ilə də seçilir. Dövlət başçısının “yaşıl enerji”, təbiətin qorunması, ekoloji təhlükəsizliyin gücləndirilməsi kimi prioritetlərini bölgədə ardıcıl şəkildə həyata keçirən Rəvan müəllim, həmçinin ölkədə aparılan genişmiqyaslı ekoloji layihələrin uğurla icrasına öz töhfəsini verir. Onun fəaliyyətinin əsas məramı təbiətə zərər vurmadan, əksinə onu daha da qoruyaraq gələcək nəsillərə sağlam mühitin ötürülməsidir.
O, eyni zamanda vətəndaşlarla ünsiyyətdə yüksək mədəniyyət və peşəkarlıq nümayiş etdirir. Müraciət edən hər kəsin problemini diqqətlə dinləyən, obyektiv araşdıran və qanun çərçivəsində operativ şəkildə həll edən Rəvan Teymurov idarə etdiyi qurumu və dövlət qurumlarının humanist simasını layiqincə təmsil edir. Vətəndaş məmnunluğunun təmin edilməsi onun fəaliyyət prinsiplərinin əsasını təşkil edir.
Rəvan müəllimin regionda meşə təsərrüfatının mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması, yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi istiqamətində gördüyü işlər xüsusi olaraq qeyd olunmalıdır. Onun təşəbbüsü və rəhbərliyi ilə yüzlərlə yeni ağac əkilmiş, müxtəlif layihələr çərçivəsində ekoloji zonalar təmizlənmiş, tullantıların idarə olunması sahəsində yeni mexanizmlər tətbiq edilmişdir. Hər bir layihə həm ekoloji, həm də sosial baxımdan bölgənin inkişafına xidmət edir.
Rəvan Teymurov həm kabinet işində, həm də sahə fəaliyyətində daim öndədir. Bir çox hallarda şəxsən özü meşəlik ərazilərdə monitorinqlərdə iştirak edir, mütəxəssislərlə birlikdə problemlərin yerində həllinə çalışır. Bu, onun işinə sadiqliyinin, sektorun fəaliyyətinə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.
Peşəkar fəaliyyəti ilə yanaşı, Rəvan müəllim humanist xarakteri, xeyirxahlığı və insanlara olan qayğısı ilə də sevilir və hörmət qazanır. O, şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və ehtiramla yanaşır, onlarla bağlı məsələlərə xüsusi həssaslıq göstərir. Dövlətimizin bu kateqoriyaya aid insanlara göstərdiyi qayğının bölgələrdə ardıcıl şəkildə icra olunmasına öz səviyyəsində töhfə verir.
Bütün bu keyfiyyətlər Rəvan Teymurovu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümunəvi əməkdaşlarından birinə çevirir. Onun fəaliyyəti ekologiya sahəsində çalışan bütün mütəxəssislər üçün örnəkdir. Peşəkarlıq, dövlətə sədaqət, məsuliyyət hissi və vətənə sevgi Rəvan Teymurovun həyat prinsipini təşkil edir.
Bu gün Rəvan Teymurov adı regionda ekoloji təhlükəsizliyin təminatçısı, təbiətə sevginin carçısı, peşəkarlığın və vicdanlı xidmətin rəmzi kimi dərin rəğbətlə çəkilir. O, öz əməli işi ilə sübut edir ki, Vətənə xidmət hər kəsin öz sahəsində fədakar əməyindən keçir.
Fərid Faiqoğlu
AJB-nin üzvü
Xezertv.info-nun rəhbəri























































