Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Aeroportda unudulan baqajlar ucuz qiymətə satılır?
Hava limanında unudulan baqajların saxlanması və onların sonrakı taleyi ilə bağlı məsələlər hər zaman vətəndaşlar üçün diqqət mərkəzində olur. Xüsusilə sosial şəbəkələrdə itirilmiş baqajların ucuz qiymətə satılması kimi yayılan elanlar bəzi sərnişinlərdə narahatlıq da yaradır.
“Qafqazinfo”ya açıqlama verən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bu məsələyə aydınlıq gətirib.
O bildirib ki, baqajın hansı zonada unudulması onun sonrakı prosesini müəyyən edir:
“Əgər unudulmuş baqaj artıq gömrük yoxlamasından keçibsə, bu, həmin əşyanın gömrük nəzarəti zonasında olmadığı və xarici ərazidə yerləşdiyi anlamına gəlir. Yoxlamadan öncə unudulan əşyalar isə “itmiş baqaj” bölməsinə verilir və bu əşyalar gömrük nəzarəti altında, hava limanına məxsus saxlanma yerində qorunur. Unudulmuş baqajların üzərindən müəyyən müddət keçdikdən sonra sahib şəxs yaxınlaşaraq onu götürmək istəyəndə, baqaj gömrük əməkdaşları tərəfindən yoxlanılır. Əgər içərisində mülki dövriyyəsi məhdudlaşdırılmış, qadağan olunmuş və ya qanunsuz əşyalar aşkarlanarsa, həmin əşyalar müsadirə edilə və yalnız o halda satışa çıxarıla bilər. Digər bütün hallarda gömrüyün bu baqajlara münasibəti sıfırdır və onların satışı mümkün deyil”.
Şöbə rəisi qeyd edib ki, gömrük orqanı yalnız müsadirə edilmiş əşyaların satışına icazə verir. Sahibsiz elan olunmuş və ya gömrük qanunvericiliyinin pozulması ilə bağlı müsadirə edilən mallar isə qanunvericliyə uyğun şəkildə dövriyyəyə buraxıla bilər.
Bəs itmiş çamadanımızı nə qədər müddət ərzində götürməliyik?
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından sorğumuza cavab olaraq bildirildi ki, hava limanında “itmiş baqaj” anlayışı iki kateqoriyaya bölünür: uçuş zamanı itən baqaj və hava limanı ərazisində unudulan baqaj:
“Uçuş zamanı itmiş baqaj- Sərnişin təyyarədən endikdən sonra baqajının gəlmədiyini görərsə, bu halda məsuliyyət aviaşirkətə məxsusdur. Bunun bir neçə səbəbi ola bilər:
- baqajın sərnişinlər tərəfindən səhv götürülməsi;
- baqajın texniki səbəbdən çatdırılmaması və s.
Bu halda sərnişin hava limanında fəaliyyət göstərən “Lost and Found” xidmətinə müraciət edir. Burada ona xüsusi forma təqdim olunur və sərnişin baqaj etiketini təqdim etməklə sənədi doldurur. Baqaj tapıldıqdan sonra aviaşirkət sərnişinlə əlaqə saxlayaraq baqajı təhvil verir.
Hava limanı ərazisində unudulmuş baqaj - Sərnişin alış-veriş zamanı, kafedə və ya digər məkanlarda baqajını unutduqda, bu artıq hava limanının təhlükəsizlik xidmətinin səlahiyyətinə daxildir. Ərazidəki çevik qrup baqajı aşkar etdikdə onun yeri ilə bağlı akt tərtib olunur və əşya rəsmi qaydada götürülür. Hava limanı unudulan əşyaları özü saxlamır - yalnız tapıb aktlaşdırır və hüquq-mühafizə orqanlarına təqdim edir. Sərnişin isə istənilən vaxt müraciət edərək baqajını geri ala bilər”.
Lamiyə Məmmədova























































