ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Paltar oğurluğunda ittiham olunur
Sasseks hersoqu şahzadə Harrinin həyat yoldaşı Meqan Markl 2022-ci ildə “Variety” jurnalı üçün çəkildiyi fotosessiyada istifadə etdiyi, dəyəri 1695 dollar olan bir paltarı geri qaytarmadığı iddiaları ilə gündəmə gəlib. Paltarın daha sonra “Netflix” reklamında görünməsi isə məsələni bir daha alovlandırıb.
“Qafqazinfo” xəbər verir ki, iddialara görə, mübahisə Meqan Marklın 2022-ci ildə fotosessiyadan sonra çəkilişdə istifadə olunan zümrüd yaşılı rəngli, “Galvan” markasının “Ushuaia” model paltarını özü ilə evə aparması ilə başlayıb.
“Page Six” nəşrinə danışan mənbə Marklın paltarı “uyğunsuz şəkildə ələ keçirdiyini” bildirib.
Söhbətə səbəb olan paltar Marklın yaxın günlərdə “Netflix”də yayımlanacaq “With Love, Meghan Holiday Celebration” adlı Yeni il xüsusi proqramının reklamında yenidən üzə çıxıb.
Marklın nümayəndəsi yayılan məlumatlara dərhal reaksiya verərək, “People” jurnalına açıqlama göndərib və ittihamları qəti şəkildə təkzib edib:
“Paltarın stilistlərin və ya çəkiliş komandasının məlumatı və icazəsi olmadan götürüldüyü barədə iddialar təkcə səhv deyil, həm də böhtandır”.























































