Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
İnstagram baxıcısı 17 min manatı mənimsədi? - ŞOK İDDİA
Patrul.az redaksiyasına müraciət edən və adının çəkilməsini istəməyən izləyicimiz iddia edir ki, əslən Füzuli rayonundan olan, hazırda isə Binəqədi rayonunda yaşayan və Instagram sosial platformasında “ruhuniarindir” və “gozeldualar55” profillərinin sahibi olan Mahmudova Gülgəz Siyavuş qızı onun 17.000 manat pulunu mənimsəyib.
İzləyicimizin sözlərinə görə, profilin adı onun diqqətini çəkib və o, qarşı tərəfə yazmağa başlayıb. Bir müddət yazışdıqdan sonra Mahmudova Gülgəz ona “ruhunda cadu olduğunu”, gələcəkdə “xərçəng xəstəliyinə tutulacağını” bildirib və təcili şəkildə bu cadunun batil edilməsinin, bədənindəki mənfi enerjinin təmizlənməsinin vacib olduğunu deyib.
Beləliklə, 2024-cü ildən 2025-ci ilin 5 noyabr tarixinədək izləyicimizdən nə az, nə çox düz 17.000 manat pul aldığı iddia olunur. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində onda ciddi psixoloji problemlər yaranıb və bunun əsas səbəbi Mahmudova Gülgəzin hər dəfə onu qorxutması olub.
İzləyicimiz sonuncu dəfə pulu ona Səbail rayonu ərazisində verdiyini bildirib və məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinə şikayət edib.
Patrul.az olaraq qeyd edirik ki, son dövrlərdə, xüsusilə sosial platformalar üzərindən fəaliyyət göstərərək özlərini “baxıcı”, “enerji təmizləyici”, “cadu açan” kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Bu cür fəaliyyətlərin hüquqi əsası yoxdur və həmin şəxslər insanlarda qorxu yaradaraq psixoloji təsir altında maddi və mənəvi qazanc əldə etməyə çalışırlar.
Mütəxəssislərin fikrincə, tibbi və ya psixoloji narahatlıq yaşayan vətəndaşlar ilk növbədə rəsmi qurumlara, psixoloqlara və həkimlərə müraciət etməlidirlər. Sosial şəbəkə hesabları vasitəsilə “qara enerji”, “cadu”, “ruh təmizliyi” adı altında göstərilən xidmətlər isə insanları aldadaraq dələduzluğa yol açır.
Patrul.az oxucuları maarifləndirərək bildirir ki, bu kimi hallarla rastlaşdıqda rəsmi qurumlara müraciət etməli və heç bir halda sosial platformalarda özünü fövqəltəbii güclərə malik kimi təqdim edən şəxslərə inanmamalıdırlar.























































