31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Goranboyda binanın döşəməsi çökdü - Xəsarət alanlar var
Goranboyda yaşayış binasının döşəməsi çöküb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, həmin ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin döşəməsi çöküb.
Dərhal əraziyə adiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisə zamanı iki nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub:
“Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
Mübariz Muradov




























































