Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu
İş adamı Cəbrayıl Cəbrayılov: "Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb".
Heydər Əliyevin yenilməz iradəsi hesabına müstəqil Azərbaycan dövləti formalaşmışdır-Könül Nəbizadə
Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib.
Çingiz Əsgərov Avropa Hakimlərinin Məşvərət Şurasının 26-cı plenar iclasında iştirak edib
Konstitusiya və suverenlik ili: Azərbaycan Respublikasının hüquqi dövlətçilik inkişafında yeni mərhələ
İş adamı Cəbrayıl Cəbrayılov: "Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb".
Azərbaycanın tarixində ən şərəfli günlərdən biri olan 17 Noyabr – Milli Dirçəliş Günü, xalqımızın milli birlik, azadlıq iradəsi və müstəqillik idealı uğrunda nümayiş etdirdiyi sarsılmaz qətiyyətin rəmzidir. Bu gün təkcə keçmişi xatırlamaq deyil, həm də Azərbaycan xalqının dövlətinə, müstəqilliyinə və milli kimliyinə bağlılığının yenidən təsdiqidir. Məhz bu baxımdan iş adamı Cəbrayıl Cəbrayılovun Milli Dirçəliş Günü ilə bağlı səsləndirdiyi “Bu gün Azərbaycanın müstəqilliyinin bərpasında tarixi rol oynayıb” fikri, həm tarixi reallığın, həm də cəmiyyətimizin keçirdiyi milli qürur hissinin səmimi ifadəsidir.
Cəbrayıl Cəbrayılov uzun illərdir ki, təkcə iş dünyasında deyil, həm də sosial layihələrdə, ictimai təşəbbüslərdə fəallığı ilə tanınır. Onun dövlətçilik ideologiyasına bağlılığı, milli dəyərlərə sədaqəti və Vətən qarşısında məsuliyyət hissi bu münasibətlə verdiyi açıqlamada da bariz şəkildə görünür. O, Milli Dirçəliş Gününü Azərbaycan xalqının müstəqilliyə doğru dönüş nöqtəsi kimi qiymətləndirir və bu günün Ulu Öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və xalqına olan sevgisi ilə daha da dərin milli məna qazandığını vurğulayır.
Milli Dirçəliş Günü həm də Ulu Öndər Heydər Əliyevin böyük siyasətinin, xalqı bir amal uğrunda birləşdirmək bacarığının təməlini təşkil edən tarixi mərhələlərdən biridir. 1988-ci ildən etibarən başlayan milli azadlıq hərəkatının hədəflərinin reallaşması, Azərbaycanın dövlətçilik ənənələrinin bərpası və müstəqil dövlət quruculuğu kimi böyük məqsədlərə çatması, Heydər Əliyev şəxsiyyətinin müdrik strategiyası ilə mümkün oldu. İş adamı Cəbrayıl Cəbrayılov da öz çıxışlarında tez-tez qeyd edir ki, “Azərbaycan xalqı Heydər Əliyevin sayəsində dövlətçilik yoluna qayıtdı, müstəqilliyimizi qorumağı və inkişaf etdirməyi bacardı.”
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Vətəni parçalanmaqdan, vətəndaş qarşıdurmasından, iqtisadi tənəzzüldən xilas edən Ulu Öndər, gənc respublikaya möhkəm təməllər qoydu. Bu təməllər üzərində qurulan müasir Azərbaycan bu gün regionun lider dövləti kimi tanınır.
Müstəqilliyin möhkəmləndirilməsi və dövlət quruculuğu Heydər Əliyevin ən böyük siyasi mirası idi və bu missiyanı bu gün böyük uğurla Prezident cənab İlham Əliyev davam etdirir. Xalqın iradəsinə söykənən siyasəti, güclü dövlət, güclü ordu və güclü iqtisadiyyat konsepsiyası Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırıb.
İş adamı Cəbrayıl Cəbrayılov dəfələrlə bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda əhəmiyyətli siyasi,sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyinə çevrilib, həm də dünya miqyasında söz sahibi olan nüfuzlu dövlətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, Prezidentin qətiyyətli liderliyi, Ordumuzun gücü və xalqın birliyi ilə mümkün oldu. Bu Zəfər, Milli Dirçəliş Gününün məzmununu bir daha möhkəmləndirdi və milli ruhu daha da yüksəltdi.
Cəbrayıl Cəbrayılovun fəaliyyəti yalnız biznes sahəsi ilə məhdudlaşmır. O, sosial məsuliyyət daşıyan, vətənpərvərlik ruhunun daşıyıcısı kimi tanınır. Şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə dəstək göstərməsi, cəmiyyətə fayda verən layihələrə imza atması onun dövlətçilik ideologiyasına nə qədər bağlı olduğunun göstəricisidir. Onun üçün Milli Dirçəliş Günü təkcə bir tarix deyil — Azərbaycan gəncliyinə, iş adamlarına və bütövlükdə cəmiyyətə nümunə göstəriləsi milli qeyrət, birlik və vətən sevgisi günüdür.
Cəbrayıl Cəbrayılov vurğulayır ki, bu gün hər birimiz Azərbaycançılıq ideologiyasını yaşatmalı, dövlətin inkişafına töhfə verməliyik. Onun fikrincə, Heydər Əliyevin əsası qoyduğu möhkəm dövlətçilik kursu və İlham Əliyevin müasir inkişaf modeli, iş adamları üçün də geniş imkanlar açıb və ölkənin iqtisadi gücünün artmasına şərait yaradıb. Bu imkanlardan yararlanaraq ölkəyə xidmət etmək isə hər bir sahibkar üçün şərəfdir.
Milli Dirçəliş Günü Azərbaycan xalqının öz azadlığı və gələcəyi uğrunda verdiyi mübarizənin rəmzidir. Bu günün ictimai-siyasi mənasını yüksək dəyərləndirən iş adamı Cəbrayıl Cəbrayılov, bu bayramın Azərbaycan tarixindəki rolunu dəqiq və dərin məzmunla ifadə edən şəxslərdən biridir. Onun fikirləri, fəaliyyəti və milli dəyərlərə bağlı mövqeyi, bu günün ideyasını yaşadan ən gözəl nümunələrdəndir.
Bu gün həm Ulu Öndər Heydər Əliyevin dahiyanə dövlətçilik məktəbinə, həm də Prezident İlham Əliyevin qətiyyətli liderliyinə ehtiramın, xalqımızın milli birlik ruhunun bayramıdır. Azərbaycanın yüksəlişi, güclənməsi və dirçəlişi daim davam etsin!






















































