MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Axund Hacı İlham – Dövlətçiliyə sədaqəti, mənəvi dəyərlərin təbliği və xeyirxah əməlləri ilə seçilən din xadimi
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Taleh Qaraşov Viravul kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev mütəmadi olaraq şəhid ailələrini ziyarət edir
Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qarabağın sürətli inkişafı və rəqəmsal transformasiyası
Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcı oldu. Doğma torpaqların azad edilməsindən dərhal sonra bu ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin “Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır” çağırışı Qarabağın rəqəmsal inkişaf strategiyasına istiqamət verdi. Dövlət başçısının vurğuladığı “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında Qarabağda müasir texnoloji infrastrukturun qurulması prioritetə çevrildi.
“Qafqazinfo” xəbər verir ki, aparıcı telekommunikasiya şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesinə fəal şəkildə qoşuldular. Azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu təmin edən “Azercell” bölgənin rabitə və rəqəmsal ekosisteminin formalaşmasına mühüm töhfə vermək məqsədilə genişmiqyaslı layihələrə başladı.
Şirkətin texniki komandası azad edilmiş ərazilərdə infrastrukturun bərpası istiqamətində fasiləsiz çalışaraq bölgədə LTE texnologiyası əsasında qurulmuş 200-dək baza stansiyasının fəaliyyətini təmin etdi. Hazırda “Azercell”in şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Hadrut, Suqovuşan, Laçın, Xocalı və Xankəndini əhatə edir. Eyni zamanda, şirkət Qarabağda “yaşıl” texnologiyaların tətbiqinə də başlayıb. Qubadlı və Cəbrayılda fəaliyyət göstərən 35 günəş enerjili LTE baza stansiyası karbon emissiyalarının azaldılmasına və dayanıqlı enerji istifadəsinə töhfə verir.
Həmçinin azad edilmiş ərazilərə qayıdan vətəndaşlara rəqəmsal xidmətləri daha əlçatan etmək məqsədilə “Azercell” bu bölgələrdə müştəri xidmətləri mərkəzi açan ilk mobil operator olub. Şirkət son illər ərzində xidmət şəbəkəsini genişləndirərək Zəngilanın Ağalı kəndi, Şuşa, Laçın, Füzuli və Xankəndidə müasir standartlara cavab verən mərkəzlər açıb.
“Azercell” II Qarabağ müharibəsi zamanı və sonra şəhid və qazi ailələrinə dəstək məqsədilə bir sıra təşəbbüslər həyata keçirib. Mobil operator “Kiçik ürəklərdə böyük xatirələr” layihəsi çərçivəsində 300 şəhid övladı üçün psixoloji reabilitasiya proqramı həyata keçirib. “Peşəkar İnkişaf və Karyera Hazırlığı” layihəsi isə şəhid ailələrinin üzvləri və qazilər üçün ingilis dili, kompüter bilikləri və karyera planlaşdırılması üzrə təlimlər təşkil edib.
On ildən artıqdır ki, gənc istedadları dəstəkləyən “Tələbə Təqaüdü” proqramı Vətən müharibəsindən sonra müharibə iştirakçılarını da əhatə edib. Təhsilini yarımçıq qoyaraq müharibədə iştirak etmiş, daha sonra təhsillərini davam etdirən 23 tələbə şirkət tərəfindən təqaüdlə təmin olunub. Bundan əlavə, şəhid ailələrinin üzvləri üçün təhsil müddəti boyunca maliyyə dəstəyi göstərilir. Son beş il ərzində 50-dən çox şəhid ailəsi bu proqramdan yararlanıb. Eyni zamanda, Qarabağda təhsil alan tələbələr üçün təqdim olunan xüsusi endirimli tarif isə gənclərin informasiya və təhsil imkanlarını genişləndirir.
Mədəni irsin qorunması “Azercell”in Qarabağ layihələrinin digər vacib istiqamətidir. “Şuşa İli” çərçivəsində həyata keçirilən “Qarabağın səsini dinlə” layihəsi nəticəsində Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin irsi audiokitab formatında təqdim olunub. Bu layihə Qarabağın mədəni irsinin rəqəmsallaşdırılması və gələcək nəsillərə çatdırılmasına xidmət edib.
“Azercell” Qarabağda sosial və humanitar fəaliyyətini könüllülük prinsipi əsasında da davam etdirib. Şirkətin könüllüləri müharibə dövründə və sonrakı illərdə hərbçilərə, qazilərə və müharibədən zərərçəkmiş ailələrə dəstək göstəriblər. Son beş il ərzində iki mindən çox ailə “Azercell” könüllülərinin dəstəyindən yararlanıb.
Şirkət həmçinin Vətən müharibəsi iştirakçılarına olan ehtiramını ifadə etmək məqsədilə “Veteran” tarif planını və Zəfər Gününü simvolizə edən “8-11” seriyalı nömrələri təqdim edib.
“Azercell”in Qarabağda həyata keçirdiyi bu çoxsahəli fəaliyyət regionun sosial, iqtisadi və texnoloji inkişafına töhfə verməklə yanaşı, ölkənin dayanıqlı gələcəyinin formalaşmasına xidmət edir.






















































