VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Çingiz Əsgərov Avropa Hakimlərinin Məşvərət Şurasının 26-cı plenar iclasında iştirak edib
2025-ci ilin 12–14 noyabr tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) 26-cı plenar iclası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov təmsil edib.
Plenar iclas çərçivəsində üzv dövlətlərin nümayəndələri son bir ildə məhkəmə-hüquq sistemində baş verən dəyişikliklər, həyata keçirilən məhkəmə islahatları və məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Tədbir zamanı CCJE-nin “Ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlərin həyat və iş şəraitinin əhəmiyyəti” mövzusunda hazırladığı 28 saylı Rəyin (Opinion No. 28 (2025)) müzakirəsi və qəbul prosesi həyata keçirilib. Rəydə hakimlərin psixoloji və peşə rifahının məhkəmə fəaliyyətinin səmərəliliyinə təsiri xüsusi vurğulanıb.
Çingiz Əsgərov plenar müzakirələrdə üzv dövlətlərin məhkəmə sistemlərindəki yeniliklərlə bağlı informasiya mübadiləsində iştirak edib. Ölkəmizin məhkəmə-hüquq sistemindəki son yeniliklər, o cümlədən məhkəmə sistemlərinin müstəqilliyi barədə çıxış edərək, tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir çərçivəsində 2026-cı il üçün CCJE-nin prezidenti, vitse-prezidenti və Büro üzvləri seçilib. Avropa Hakimlərinin Məşvərət Şurası gələcək illər üçün fəaliyyət istiqamətlərini, işçi qrupların formalaşdırılması və yeni ekspertlərin təyinatı ilə bağlı məsələləri nəzərdən keçirib.























































