Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Kosmik çanta” hazırladılar
Asteroid mədənçiliyi və kosmik tullantıların təmizlənməsi üçün ABŞ şirkəti “TransAstra” tərəfindən hazırlanan nəhəng şişmə “Tutma çantası” beynəlxalq elmi dairələrdə böyük maraq doğurub. Sistem kiçik qaya parçalarından tutmuş bina ölçüsündə asteroidləri belə ələ keçirməyi hədəfləyir.
“Qafqazinfo” xəbər verir ki, asteroidlərin dəyərli metallar baxımından zəngin olması və Yer üzərində mədənçiliyin bahalaşması şirkətləri kosmosdakı resurslara yönəldir.
“TransAstra”nın yeni texnologiyası həm asteroid tutmaq, həm də orbitdə artan tullantıları toplamaq üçün istifadə edilə bilər.
Şirkət ötən il Beynəlxalq Kosmik Stansiyada ilk sınağını həyata keçirib. Bir metr diametrli prototip “Falcon 9” raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib və mikroqravitasiya şəraitində problemsiz açılıb.
Çanta altı ölçüdə istehsal olunacaq: ən kiçik model qəhvə fincanına yerləşir, ən böyük model isə 10 min tonluq asteroidləri tutmağa qadirdir.
“TransAstra” hazırda NASA-nın maliyyələşdirdiyi 10 metrlik versiya üzərində işləyir. Bu model həm böyük peyklərin təhlükəli orbitlərdən çıxarılması, həm də 100 tonluq kosmik cisimlərin tutulması üçün nəzərdə tutulub.
Şirkət ABŞ və Avstraliyada 12 “Sutter” teleskopu quraşdırıb və yaxın zamanda İspaniyada yeni teleskop yerləşdirəcək. Məqsəd mədən üçün əlverişli kiçik asteroidləri müəyyən etməkdir.
“TransAstra”nın təsisçisi Joel Sercel ilk asteroid tutulmasının 2028-ci ilə planlaşdırıldığını bildirib və bunu “kosmos sənayesində yeni mərhələ” kimi dəyərləndirib.






















































