Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Taleh Məmmədov: “Konstitusiya və Suverenlik ili – Azərbaycanın hüquqi və dövlətçilik inkişafının yeni mərhələsi”
Taleh Məmmədov
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri
Azərbaycan Respublikasının müstəqillik yolunda keçdiyi inkişaf mərhələləri dövlətçilik tariximizin ən parlaq səhifələrindəndir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu qərar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətinin məntiqi davamı olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biri olan Konstitusiyamızın əhəmiyyətini bir daha ön plana çıxarır.
“Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədovun sözlərinə görə, Konstitusiya xalqın dövlətlə münasibətlərinin əsas qanunverici bazasıdır, onun maddələrində xalqın iradəsi, dövlətin ideyası və gələcəyə yönəlik strateji məqsədləri öz əksini tapır. Azərbaycan Konstitusiyası ölkəmizin suverenliyini, demokratik və hüquqi dövlət prinsipini təsbit edən ali hüquqi sənəddir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi və siyasi əsaslarını müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd Azərbaycan cəmiyyətində sabitlik, ədalət və inkişafın təminatçısına çevrildi. Həmin gündən etibarən hər il 12 noyabr “Konstitusiya Günü” kimi qeyd edilir və bu tarix Azərbaycan xalqının müstəqillik iradəsinin simvoluna çevrilib.
Taleh Məmmədov bildirir ki, Konstitusiyanın qəbulundan keçən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Dövlətin bütün sahələrində islahatlar həyata keçirilib, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri möhkəmlənib. Məhz bu hüquqi təməl üzərində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, müstəqil və suveren dövlət kimi tanınır.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Konstitusiyanın prinsipləri reallığa çevrildi. Dövlətin iqtisadi, sosial, hərbi və hüquqi potensialı sürətlə artdı. Azərbaycan beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevrildi, milli maraqların qorunması, suverenliyin təmin edilməsi prioritet istiqamətlərə çevrildi.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsi Konstitusiyanın ərazi bütövlüyü prinsipinin reallığa çevrilməsi idi. Bu, dövlətin hüquqi əsaslarının həyatla təsdiq olunmasının parlaq nümunəsidir. Taleh Məmmədovun fikrincə, bu qələbə Konstitusiyamızda təsbit olunmuş “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü toxunulmazdır” müddəasının canlı təzahürüdür.
Azərbaycan Respublikasında həyata keçirilən islahatlar dövlətin hüquqi sisteminin müasirləşdirilməsinə xidmət edir. Məhkəmə-hüquq sistemi, idarəetmə strukturları, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər beynəlxalq səviyyədə də təqdir olunur. Prezident İlham Əliyevin imzaladığı “Konstitusiya və Suverenlik ili” haqqında sərəncam isə bu sahədə yeni mərhələnin başlanğıcıdır.
Taleh Məmmədov qeyd edir ki, Shirvan OC Ltd şirkətində də hüquqa hörmət, qanunun aliliyi prinsipi əsas dəyərlərdəndir. Həmkarlar İttifaqı Komitəsi işçilərin hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və kollektiv münasibətlərdə qanunçuluğun bərqərar olması üçün daim fəaliyyət göstərir. Bu, dövlətin Konstitusiya prinsiplərinə uyğun şəkildə həyata keçirilən əmək münasibətlərinin ən gözəl nümunəsidir.
Azərbaycanın suverenliyi təkcə siyasi müstəqillik deyil, həm də xalqın mənəvi, iqtisadi və sosial azadlığının ifadəsidir. Taleh Məmmədov hesab edir ki, bu suverenliyi qorumaq hər bir vətəndaşın borcudur. Dövlətin dayaqları olan vətəndaşlar Konstitusiyanın prinsiplərinə əməl etdikcə, dövlət daha da güclənir, cəmiyyət daha sağlam və ədalətli olur.
Azərbaycanın xarici siyasəti, iqtisadi sabitliyi və sosial rifahı da məhz bu hüquqi sabitliyə söykənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi də Konstitusiyanın ideyalarına əsaslanır və ölkənin uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edir.
“Konstitusiya və Suverenlik ili” Azərbaycan üçün təkcə hüquqi sənədin yubileyi deyil, həm də dövlət müstəqilliyimizin, milli dəyərlərimizin və gələcəyə inamımızın rəmzidir. Bu il həm dövlət qurumları, həm ictimai təşkilatlar, həm də şirkətlər üçün öz fəaliyyətlərini daha da hüquqi əsasda qurmaq üçün mühüm fürsətdir.
Taleh Məmmədovun sözləri ilə desək, “Konstitusiyamıza sadiq qalmaq, dövlətimizə sadiq olmaq deməkdir.” Azərbaycanın hər bir vətəndaşı bu dəyərləri yaşatmalı, suverenliyimizin əbədiliyinə töhfə verməlidir.
Bugünkü Azərbaycan – hüquqi dövlət, suveren xalq və güclü liderin birliyindən doğan müasir dövlət modelidir. Bu birlik sayəsində ölkəmiz sabaha inamla addımlayır və Konstitusiyanın prinsiplərini həyatın hər sahəsində gerçəkləşdirir.























































